https://sputnik.az/20240503/bedii-gimnastika-uzre-avropa-kubokunun-acilis-merasiminden-goruntuler---foto-464376900.html
Bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimindən görüntülər - FOTO
Bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimindən görüntülər - FOTO
Sputnik Azərbaycan
Bakıda ilk dəfə keçirilən turnirdə 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir 03.05.2024, Sputnik Azərbaycan
2024-05-03T20:45+0400
2024-05-03T20:45+0400
2024-05-03T20:45+0400
idman
bədii gimnastika
avropa kuboku
azərbaycan
rəsmi
açılış
https://cdnn1.img.sputnik.az/img/07e8/05/03/464375725_0:49:946:581_1920x0_80_0_0_160797ee4151ede142d56a727a763abf.jpg
BAKI, 3 may - Sputnik. Azərbaycan paytaxtında ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, Azərbaycanda yaradılan şərait nüfuzlu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verir. Bədii gimnastikanın ölkədə qızlar arasında ən populyar idman növü olduğunu xatırladan nazir, bu turnirin idmançıların təcrübələrini artırmaları baxımından əhəmiyyətli olduğunu vurğulayıb.Sonra Avropa Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar tərəfindən musiqi sədaları altında rəqs şousu nümayiş olunub.Üçgünlük yarışlarda 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir. Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40 000 avrodur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/03/464375725_53:0:893:630_1920x0_80_0_0_b6f19c2a1db40e45c0bf376a54cec04b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bədii gimnastika, avropa kuboku, azərbaycan, rəsmi, açılış
bədii gimnastika, avropa kuboku, azərbaycan, rəsmi, açılış
Bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimindən görüntülər - FOTO
Bakıda ilk dəfə keçirilən turnirdə 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir
BAKI, 3 may - Sputnik. Azərbaycan paytaxtında ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, Azərbaycanda yaradılan şərait nüfuzlu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verir. Bədii gimnastikanın ölkədə qızlar arasında ən populyar idman növü olduğunu xatırladan nazir, bu turnirin idmançıların təcrübələrini artırmaları baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Sonra Avropa Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar tərəfindən musiqi sədaları altında rəqs şousu nümayiş olunub.
Üçgünlük yarışlarda 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir. Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.
Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40 000 avrodur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.