Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda atıcılıq üzrə Dünya Kuboku start götürüb

© Sputnik / Murad OrujovAtıcılıq yarışı
Atıcılıq yarışı - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Azərbaycan Atcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış öncəsi təşkil olunan mətbuat konfransında deyib ki, idmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər.
BAKI, 1 may — Sputnik. Azərbaycan bu gün Bakıda start götürəcək atıcılıq üzrə Dünya Kubokunda 43 idmançı ilə təmsil olunacaq.
Bu barədə Azərbaycan Atcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış öncəsi təşkil olunan mətbuat konfransında deyib.
O, bu cür mötəbər turnirə 8-ci dəfə ev sahibliyi etməyin xoşbəxtlik olduğunu bildirib: "İdmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Ümid edirəm ki, bu yarışda da öz sözlərini deyəcəklər".
Qeyd edək ki, Dünya Kuboku mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.
Xəbər lenti
0