Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın pambıq lifi ixracı kəskin artıb - Ən çox hansı ölkəyə satırıq?

© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda pambıq yığımı
Azərbaycanda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Nazirlikdən bildiriblər ki, aprelin 22-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15167 mülkiyyətçi ilə 100,5 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb.
BAKI, 1 may — Sputnik. Azərbaycanın pambıq lifi (mahlıc) ixracında artım müşahidə edilir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart aylarında ölkəmizdən 56,6 milyon dollar dəyərində 37635 ton pambıq lifi ixrac olunub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,8 dəfə, miqdar ifadəsində 2,2 dəfə çoxdur.
"Ən çox Türkiyəyə pambıq lifi satırıq"
Məsələ ilə bağlı iqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik Azərbaycan-a deyib ki, bu il ərzində Azərbaycanın pambıq lifi (mahlıc) ixracı artıb:
"İxracın artması dünya bazarlarında baş verən qiymət dəyişiklikləri və yüksələn tələb ilə bağlıdır. Dünya bazarlarında pambığa tələbat var və ən çox Türkiyəyə pambıq lifi satırıq".
Ekspert bildirib ki, hər il təxminən 100 min hektar sahədə pambıq əkirik və keçən il sahələrdən 276,1 min ton pambıq yığılıb:

"Pandemiyadan sonra dünya bazarlarında pambığın qiyməti daha yüksək idi. Son 1 ildə isə digər kənd təsərrüfatı məhsulları kimi pambığın da qiyməti dünya bazarlarında nisbətən tənzimlənib".

© Photo : ŞƏXSİ ARXİV İqtisadçı-ekspert Cəfər İbrahimli
İqtisadçı-ekspert Cəfər İbrahimli - Sputnik Azərbaycan, 1920, 30.04.2024
İqtisadçı-ekspert Cəfər İbrahimli
"Məhsuldarlıq göstəricisi normaldır"
O qeyd edib ki, iqlim dəyişmələri pambığın məhsuldarlığına təsir göstərir və istehsalın azalmasına gətirib çıxardır:

"Pambıq su sevən bitkidir və Azərbaycanın ancaq 12-14 rayonunda əkilə bilir. Son 4-5 ildə ölkədə pambıq istehsalında ciddi dəyişiklik yoxdur, demək olar ki, stabillik müşahidə olunur. Məhsuldarlıq göstəricisi də normaldır. Bu sahədə subsidiyanın verilməsi pambıq istehsalını stimullaşdırıb".

Pambıqçılığa həsr olunmuş iclas keçirilib
Qeyd edək ki, keçən həftə Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib. Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirləri davam etdirilir.
Pambıqçılıq rayonlarında çiyid səpini prosesi davam edir
İclasda 2024-cü ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, səpinin vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, aprelin 22-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15167 mülkiyyətçi ilə 100,5 min hektar (ha) sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb və həmin sahələrin 98,3 min hektarında şum işləri başa çatdırılıb, 48,3 min hektarında arat aparılıb. Hazırkı dövrdə ölkə üzrə 38 min ha sahədə çiyid səpini həyata keçirilib və pambıqçılıq rayonlarında çiyid səpini prosesi davam edir.
Tədbirdə cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflər müzakirə edilib. Pambıqçılıq sahəsində innovativ becərmə, müasir suvarma texnologiyalarının və qabaqcıl təcrübələrin tətbiqinin genişləndirilməsi, elmi-tədqiqat müəssisələri tərəfindən yüksək keyfiyyət göstəricilərinə malik tez yetişən pambıq sortlarının yaradılması, pambıqçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə qısa müddətli təlim kurslarına cəlb edilməsi, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər qeydə alınıb.
© Sputnik / Emin AlisahibAğdamda pambıq yığımı
Ağdamda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Ağdamda pambıq yığımı
İclasda pambıq toxumçuluğunun inkişaf etdirilməsi, toxuma olan tələbatın yerli istehsal hesabına təmin olunmasının prioritet vəzifələrdən olduğu bildirilib. Pambıq toxumçuluğun inkişaf etdirilməsi və toxumçuluq təsərrüfatlarının yaradılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyi vurğulanıb. Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.
© AFP 2024 / SEBASTIEN BOZONMahlıc, arxiv
Льняное волокно, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Mahlıc, arxiv
Keçən il pambığın məhsuldarlığı hektara 29,5 sentner olub
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, keçən il pambığın məhsuldarlığı hektara 29,5 sentner olub. 2023-cü ildə Beyləqan, Ağcabədi, Bərdə, Saatlı və Salyan rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. 2023-cü ildə ixrac olunan pambıq lifinin 73,1%-i Türkiyənin, 21,8%-i Türkmənistanın və 3,3%-i isə İranın payına düşüb. Mart ayında pambığın 1 kiloqramının dünya bazar qiyməti əvvəlki aya nisbətən 0,5% artaraq 2,2 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Pambıq üzrə məhsul subsidiyası verilir
Aqrar Subsidiya Şurasının qərarına əsasən, pambıq üzrə məhsul subsidiyası verilir. Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 190 manat məhsul subsidiyası alacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycanda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 22.09.2023
İQTİSADİYYAT
Azərbaycanda pambıqçılıqda yerli sortlardan istifadənin genişləndirilməsi təklif edilir
Xəbər lenti
0