Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda pambıqçılıqda yerli sortlardan istifadənin genişləndirilməsi təklif edilir

© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda pambıq yığımı
Azərbaycanda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Abunə olmaq
İnstitutun direktoru milli toxumçuluğun inkişafına, toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirməklə elmi-tədqiqat bazalarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan pambıq toxumçuluğunda yerli sortlardan istifadənin genişləndirilməsi təklif edilib.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a bildirilib ki, bu barədə pambıqçılığa həsr olunmuş tarla seminarında qeyd edilib.
Nazirliyin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və müəllim heyəti, Dövlət Aqrar və İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.
İnstitutun direktoru İbrahim Cəfərov ölkədə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi istehsal sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı atılan addımlardan danışıb.
O qeyd edib ki, ölkədə pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələrinin tətbiqi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir:

"Bu sahədə qarşıda duran vəzifələrdən biri də pambığın toxumçuluq məsələləri üzərində çalışmaq və yerli sortlardan istifadəni genişləndirməkdir".

İ.Cəfərov milli toxumçuluğun inkişafına, toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirməklə elmi-tədqiqat bazalarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0