Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

FIDE reytinqi: Ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidŞəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
Dünya Kubokunun iştirakçısı Nicat Abasov bu dəfə də ilk "100-lük"dən kənarda qalıb.
BAKI, 30 aprel — Sputnik. Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb. Ali şahmat qurumunun rəsmi saytında yer alan məlumata görə, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov (2734) malikdir.
Bir pillə geriləyən kişilərdən ibarət millinin lideri 18-cidir. Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) isə 27-ci yerə yüksəlib. Digər kişi qrossmeysterimiz Rauf Məmmədov (2651) 87-ci sıraya geriləyib.
Dünya Kubokunun iştirakçısı Nicat Abasov bu dəfə də ilk "100-lük"dən kənarda qalıb. Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2830, Norveç) başçılıq edir.
Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2436) 35-ci, Gövhər Beydullayeva (2412) 45-ci, Ülviyyə Fətəliyeva (2378) 72-ci, Xanım Balacayeva (2376) 74-cü, Gülnar Məmmədova (2360) 90-cı pillədə qərarlaşıb. Qadınlar arasında lider Yifan Houdur (2633, Çin).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0