Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov Almaniya Bundesliqasının qalibi olub

© Sputnik / Murad OrujovŞəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov - Sputnik Azərbaycan, 1920, 29.04.2024
Abunə olmaq
Şəhriyar Məmmədyarov 16 komandanın dairəvi sistemlə mübarizə apardığı yarışda keçirdiyi 15 oyunun hamısında rəqiblərini məğlub edib.
BAKI, 29 aprel - Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniya Bundesliqasının qalibi olub.
Azərbaycan yığmasının lideri çıxış etdiyi “Vierhneim” klubunun heyətində bu uğura imza atıb.
“Vierhneim” 16 komandanın dairəvi sistemlə mübarizə apardığı yarışda keçirdiyi 15 oyunun hamısında rəqiblərini məğlub edib.
Nicat Abasovun şərəfini qoruduğu “Ötighem” kollektivi ilə 6-cı yeri tutub.
24.09.22, 17:48
"Shusha Chess 2022" turniri başa çatıb: Şəhriyar Məmmədyarov yarışın qalibi olub
Bu gün Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinə yekun vurulub, qaliblər müəyyənləşib.
Kişilərin yarışında 26 xal toplayan Şəhriyar Məmmədyarov, qadınlarda isə gürcü şahmatçı Meri Arabidze 24 xalla birinci yeri tutub.
***
Bu gün Şuşada ilk beynəlxalq şahmat turnirinə yekun vurulacaq.
Son gündə şahmatçılar blitsdə 9 tur yarışacaq. Hər tur iki oyundan ibarət (ağ və qara fiqurlarla) olacaq. İştirakçılara qələbəyə görə 1, heç-heçəyə görə yarım xal veriləcək.
Rapid yarışlarından sonra kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov 15 xalla liderliyə yüksəlib. Hindistan şahmatçısı Santoş Qucrati Vidit və iranlı Parham Maqsudlu liderdən iki xal geri qalır.
Qadınların yarışında gürcüstanlı Nana Dzaqnidze 15 xalla birinci pillədədir. Türkiyə şahmatçısı Kübra Öztürk Örənli 12 xalla ikinci yerdədir. Sonrakı pillələrdə qərarlaşan Xanım Balacayeva, Gövhər Beydullayeva və Gürcüstanın digər təmsilçisi Meri Arabidze 9 xal toplayıb (Report).
“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin hər kateqoriya üzrə qalibi rapid və blits turnirlərində toplanan xalların ümumi sayına görə müəyyənləşəcək.
Шахматный турнир памяти Вугара Гашимова Shamkir Chess 2021 - Sputnik Azərbaycan, 1920, 22.09.2022
İDMAN
"Shusha Chess 2022": Şəhriyar Məmmədyarov maksimum nəticə göstərərək vahid lider olub
Xəbər lenti
0