https://sputnik.az/20240429/avropa-cempionu-olan-azerbaycanli-sahmatci-arzum-heyata-kecdi-464265570.html
Avropa çempionu olan azərbaycanlı şahmatçı: Arzum həyata keçdi
Avropa çempionu olan azərbaycanlı şahmatçı: Arzum həyata keçdi
Sputnik Azərbaycan
27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub. 29.04.2024, Sputnik Azərbaycan
2024-04-29T17:31+0400
2024-04-29T17:31+0400
2024-04-29T17:31+0400
idman
şahmatçı
şahmat
avropa çempionatı
avropa çempionu
qrossmeyster
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373122_0:160:3072:1888_1920x0_80_0_0_f81e77a7699feccbdd13a1a94a693786.jpg
BAKI, 29 aprel - Sputnik. Arzum həyata keçdi.Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın şahmatçısı, Avropa çempionu Ülviyyə Fətəliyeva söyləyib.27 yaşlı qrossmeyster Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə ilk təəssuratlarını bölüşüb: “İnanın, sevincimi tam sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu”.Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5.Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373122_171:0:2902:2048_1920x0_80_0_0_5f03d7045e2a1c11aefc88053d7b3a11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmatçı, şahmat, avropa çempionatı, avropa çempionu, qrossmeyster
şahmatçı, şahmat, avropa çempionatı, avropa çempionu, qrossmeyster
Avropa çempionu olan azərbaycanlı şahmatçı: Arzum həyata keçdi
27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.
BAKI, 29 aprel - Sputnik. Arzum həyata keçdi.
Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın şahmatçısı, Avropa çempionu Ülviyyə Fətəliyeva söyləyib.
27 yaşlı qrossmeyster Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə ilk təəssuratlarını bölüşüb: “İnanın, sevincimi tam sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu”.
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5.
Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb.