Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

© AP Photo / Michael SohnFutbol topu
Futbol topu - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Günün ilk qarşılaşmasında "Qəbələ" öz meydanında "Zirə"ni qəbul edəcək. Komandalar arasındakı ilk qarşılaşmada paytaxt klubu 2:1 hesablı qələbəyə sevinib.
BAKI, 24 aprel — Sputnik. Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Günün ilk qarşılaşmasında "Qəbələ" öz meydanında "Zirə"ni qəbul edəcək. Komandalar arasındakı ilk qarşılaşmada paytaxt klubu 2:1 hesablı qələbəyə sevinib. Saat 17:00-da başlayacaq oyunu Tural Qurbanov idarə edəcək.
Azərbaycan derbisində isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Neftçi"ni sınağa çəkəcək. İlk görüşdə Ağdam təmsilçisi rəqibini 4:0 hesabı ilə üstələyib. Saat 20:00-da start götürəcək matçda ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.
Yarımfinal, cavab oyunları:
24 aprel
saat 17:00, "Qəbələ" – "Zirə"
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
- Qəbələ şəhər stadionu
saat 20:00, "Qarabağ" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
- Tofiq Bəhramov adına Respublika Stadionu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0