Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakının 2026-cı ildə "Dünyanın İdman Paytaxtı" olması üçün namizədliyi irəli sürülüb

© AFP 2024 / OZAN KOSEBakı Olimpiya stadionu, arxiv
Bakı Olimpiya stadionu, arxiv - Sputnik Azərbaycan, 1920, 21.04.2024
Abunə olmaq
Aprelin 20-də Gənclər və idman naziri Fərid Qayıbov Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komitəsinin nümayəndələrini qəbul edib. Görüşdə Azərbaycanın böyük təcrübəsinin olduğu qeyd edilib.
BAKI, 21 aprel - Sputnik. Bakı 2026-cı il üçün "Dünyanın İdman Paytaxtı" adına namizədliyini təqdim edib Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında bildirib.
© SputnikMilli Gimnastika Arenasında keçirilən mətbuat konfransında
Hа пресс-конференции, проходящей в Национальной арене гимнастики. - Sputnik Azərbaycan, 1920, 21.04.2024
Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında
Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti və yaradıcısı Qian Fransesko Lupatelli öz növbəsində deyib ki, Bakıya 9 fərqli ölkədən nümayəndə heyəti gəlib:

“Bakı-2026 idman paytaxtına namizədlik üçün gözəl təqdimat nümayiş etdirdi. Buna görə gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. İnanıram ki, Avropa Parlamenti tərəfindən Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”.

Xatırladaq ki, aprelin 20-də Gənclər və idman naziri Fərid Qayıbov Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komitəsinin nümayəndələrini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar ölkəmizdə olduqları müddətdə Bakıda fəaliyyət göstərən idman qurğuları ilə tanış olduqlarını qeyd ediblər.
Görüşdə 2026-cı il Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub. Həmçinin beynəlxalq titullara ev sahibliyi etmək baxımından Azərbaycanın böyük təcrübəsinin olduğu qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0