https://sputnik.az/20240419/sulhmeramlilarin-cixarilmasi-iki-olke-liderinin-yuksek-elaqelerinin-gostericisidir---vdeo-464031665.html
Sülhməramlıların Qarabağdan çıxmasına ABŞ-ın verdiyi reaksiya riyakarlıqdır - VİDEO
Sülhməramlıların Qarabağdan çıxmasına ABŞ-ın verdiyi reaksiya riyakarlıqdır - VİDEO
Sputnik Azərbaycan
Deputat bildirib ki, ABŞ Dövlət Departamenti nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın "etibarsız müttəfiq olduğunu" bildirməsi, sülhməramlıların... 19.04.2024, Sputnik Azərbaycan
2024-04-19T12:02+0400
2024-04-19T12:02+0400
2024-04-19T13:13+0400
sülhməramlılar
siyasət
rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
rusiya sülhməramlıları
ceyhun məmmədov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1b/425826947_0:320:3072:2048_1920x0_80_0_0_fd25fd234d2ef706aac17bc4168bd6f5.jpg
BAKI, 19 aprel — Sputnik. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması həm də Azərbaycan–Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər iki ölkənin münasibətləri yüksək idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək. C.Məmmədov qeyd edib ki, Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasına ABŞ-nin reaksiyası ciddi təəssüf doğurur: "ABŞ Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın "etibarsız müttəfiq olduğunu" bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi ABŞ-nin riyakarlığının göstəricisidir. Bu, bir daha onu göstərir ki, ABŞ və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır və onlar münaqişənin bitməsini istəmir". Deputat bildirib ki, indiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu: "Əslində, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür". Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib. "2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər" - H.Hacıyev bildirib. Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240418/sulhmeramlilarin-qarabagi-terk-tmesi-bolgede-veziyyet-nece-tesir-edecek-ekspert-reyi-464024945.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1b/425826947_341:0:3072:2048_1920x0_80_0_0_c488f21bce0ba17b12c9d383306bc919.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sülhməramlılar, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, rusiya sülhməramlıları, ceyhun məmmədov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
sülhməramlılar, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, rusiya sülhməramlıları, ceyhun məmmədov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Sülhməramlıların Qarabağdan çıxmasına ABŞ-ın verdiyi reaksiya riyakarlıqdır - VİDEO
12:02 19.04.2024 (Yenilənib: 13:13 19.04.2024) Deputat bildirib ki, ABŞ Dövlət Departamenti nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın "etibarsız müttəfiq olduğunu" bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi ABŞ-nin riyakarlığının göstəricisidir.
BAKI, 19 aprel — Sputnik. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması həm də Azərbaycan–Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkənin münasibətləri yüksək idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək.
C.Məmmədov qeyd edib ki, Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasına ABŞ-nin reaksiyası ciddi təəssüf doğurur: "ABŞ Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın "etibarsız müttəfiq olduğunu" bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi ABŞ-nin riyakarlığının göstəricisidir. Bu, bir daha onu göstərir ki, ABŞ və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır və onlar münaqişənin bitməsini istəmir".
Deputat bildirib ki, indiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu: "Əslində, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür".
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər" - H.Hacıyev bildirib.
Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.