https://sputnik.az/20240418/sulhmeramlilarin-qarabagi-terk-tmesi-bolgede-veziyyet-nece-tesir-edecek-ekspert-reyi-464024945.html
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? Ekspert rəyi
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? Ekspert rəyi
Sputnik Azərbaycan
Politoloq deyib ki, sülhməramlıların Qarabağ bölgəsindən vaxtından əvvəl çıxarılmasının Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması məsələsi ilə heç... 18.04.2024, Sputnik Azərbaycan
2024-04-18T18:14+0400
2024-04-18T18:14+0400
2024-04-18T20:13+0400
siyasət
politoloq
ilqar vəlizadə
sülhməramlılar
baza
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0d/425459964_0:280:3092:2019_1920x0_80_0_0_5a7f57be9b6bae39bc437e70d090b683.jpg
BAKI, 18 aprel — Sputnik. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra bölgədə tamam başqa geosiyasi vəziyyət yaranıb. Bunu "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə deyib. Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib:Politoloq deyib ki, sülhməramlıların Qarabağ bölgəsindən vaxtından əvvəl çıxarılması Ermənistan tərəfi üçün Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması məsələsində presedent ola bilməz. Belə ki, sülhməramlılar və Rusiyanın Gümrüdəki 102-ci bazası fərqli anlayışlardır:"İnanmıram ki, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi Moskvanın regiondakı mövqeyinə hansısa şəkildə təsir etsin. Tam əksinə. Moskva digər amillərdən istifadə edə bilər. Xüsusən də Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi komponentə təkan verə bilər. Bu isə son vaxtlara qədər mövcud olan zəhərli, konflikt faktorunun aradan qaldırılması nəzərə alınmaqla perspektivli sahədir", - politloloq bildirib. Ekspert bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti regiondakı münaqişə vəziyyəti ilə əlaqələndirilirdi. Lakin problem həll olunduğu üçün RSK-nın mövcudluğu vəziyyəti daha da gərginləşdirəcəkdi."Yəni, Bakı ilə Moskva arasında müəyyən gərginlik yaranacaqdı və Qərb bu aspektdən yararlana bilərdi. Amma bu gün bütün suallara cavab verildiyi və heç bir ziddiyyət olmadığı halda Rusiya regionda geniş tərkibdə ticarət-iqtisadi layihələrə cəlb oluna bilər", - İlqar Vəlizadə qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0d/425459964_106:0:2837:2048_1920x0_80_0_0_53cef3544c3ba9d4058918384b019dfa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, ilqar vəlizadə, sülhməramlılar, baza, ermənistan
politoloq, ilqar vəlizadə, sülhməramlılar, baza, ermənistan
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? Ekspert rəyi
18:14 18.04.2024 (Yenilənib: 20:13 18.04.2024) Politoloq deyib ki, sülhməramlıların Qarabağ bölgəsindən vaxtından əvvəl çıxarılmasının Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması məsələsi ilə heç bir əlaqəsi yoxdur.
BAKI, 18 aprel — Sputnik. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra bölgədə tamam başqa geosiyasi vəziyyət yaranıb. Bunu "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə deyib.
Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib:
"Yəni regionun bütün geosiyasi mənzərəsi dəyişib. Bu da Rusiya Sülməramlı Kontingentinin fəaliyyətində özünü göstərir. Rusiya sülhməramlılarının funksiyaları başa çatıb. Qarabağ hərbi xuntasının şantaj və hədələrinə uyaraq yaşayış yerlərini tərk edən Qarabağ erməniləri artıq bölgədə deyil. Çətin ki, indiki şəraitdə geri qayıtmaq istəsinlər. Nəticədə Rusiya sülhməramlılarının Qarabağda heç bir işi qalmayıb".
Politoloq deyib ki, sülhməramlıların Qarabağ bölgəsindən vaxtından əvvəl çıxarılması Ermənistan tərəfi üçün Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması məsələsində presedent ola bilməz. Belə ki, sülhməramlılar və Rusiyanın Gümrüdəki 102-ci bazası fərqli anlayışlardır:
"Onların fəaliyyəti 10 noyabr 2020-ci il tarixli razılaşdırılmış üçtərəfli sazişdən kənara çıxmayıb. Rusiya sülhməramlıları Azərbaycan ərazisində fəaliyyət göstərib və heç bir statusu olmayıb. Ermənistan tərəfi bunda israr etsə də, onların Azərbaycanda olması ilə bağlı heç bir hüquqi və müqavilə əsası yox idi. Lakin Bakının qətiyyətli mövqeyi sayəsində bu məsələ aradan qalxdı. 102-ci hərbi bazanın fəaliyyətinə gəlincə, bu məsələ sırf iki tərəfin - Ermənistan və Rusiyanın səlahiyyətindədir. Və bu məqamın Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə heç bir əlaqəsi yoxdur".
"İnanmıram ki, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi Moskvanın regiondakı mövqeyinə hansısa şəkildə təsir etsin. Tam əksinə. Moskva digər amillərdən istifadə edə bilər. Xüsusən də Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi komponentə təkan verə bilər. Bu isə son vaxtlara qədər mövcud olan zəhərli, konflikt faktorunun aradan qaldırılması nəzərə alınmaqla perspektivli sahədir", - politloloq bildirib.
Ekspert bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti regiondakı münaqişə vəziyyəti ilə əlaqələndirilirdi. Lakin problem həll olunduğu üçün RSK-nın mövcudluğu vəziyyəti daha da gərginləşdirəcəkdi.
"Yəni, Bakı ilə Moskva arasında müəyyən gərginlik yaranacaqdı və Qərb bu aspektdən yararlana bilərdi. Amma bu gün bütün suallara cavab verildiyi və heç bir ziddiyyət olmadığı halda Rusiya regionda geniş tərkibdə ticarət-iqtisadi layihələrə cəlb oluna bilər", - İlqar Vəlizadə qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.