Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Minskə yollanacaq

© AP Photo / Michael SohnFutbol topu
Futbol topu - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məlumatına görə, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Belarus, Özbəkistan və Tacikistan seçmələri ilə qarşılaşacaq.
BAKI, 18 aprel — Sputnik. On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçiriləcək turnirdə iştirak edəcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) məlumatına görə, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Belarus, Özbəkistan və Tacikistan seçmələri ilə qarşılaşacaq.
Görüşlər müvafiq olaraq, aprelin 23, 25 və 28-də təşkil olunacaq.
Xatırladaq ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Report-a açıqlamasında, U-17 yığmamızın hazırda Bakıda davam edən təlim-məşq toplanışı barədə danışıb:

"Aprelin 21-dək Bakıda hazırlıq keçəcəyik. İlkin olaraq heyətə 24 futbolçu cəlb etmişik. Onlardan 8-i İspaniya klubu "Marset"də çıxış edir. Əvvəllər viza probleminə görə həmin oyunçuları dəvət edə bilmirdik. Bu isə o deməkdir ki, yeni futbolçularımız var. Hər birinin oyununu izləmişik. Komandamıza xeyir verə biləcəklərini düşünürəm".

O bildirib ki, milli Bakıdakı hazırlığı tamamladıqdan sonra 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq "İnkişaf" turnirində iştirak etmək üçün Belarusun paytaxtı Minskə yollanacaq.
İ.Yadullayev UEFA-nın təşkilatçılığı ilə keçiriləcək yarış barədə də fikirlərini bölüşüb:
"Aprelin 22-28-i aralığında Belarus, Özbəkistan və Nikaraqua yığmaları ilə qarşılaşacağıq. Turnirin reqlamentinə əsasən oyun ərzində hər millidən 2-si qapıçı olmaqla, 18 futbolçu meydana çıxmalıdır. Onların hər biri 90 dəqiqə meydanda olmalıdır. Təbii ki, bu, ayrı-ayrılıqda 3 oyun üçün nəzərdə tutulub. Bu isə hər futbolçuya şans veriləcəyi anlamına gəlir. İstəyirik ki, oyunçularımız özlərini yaxşı tərəfdən göstərsinlər. Futbolçuların inkişafı ilə bağlı turnir olsa da, biz onların qələbə qazanmalarını çox istəyirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0