CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı, Sumqayıt və Gəncədə qəzalı vəziyyətdə olan yataqxanalar söküləcək

© Sputnik / Zulfiyya GuluyevaSəbaildə yataqxana
Səbaildə yataqxana - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Bakı, Sumqayıt və Gəncə administrasiyaları məskunlaşmış köhnə yataqxanaların vəziyyəti ilə bağlı müvafiq qurumlara müraciət ediblər.
BAKI, 17 aprel — Sputnik. Qəza vəziyyətində olan evlərin sakinləri yaxın illərdə yeni mənzillə təmin olunacaq. İcra hakimiyyətlərindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən ilin sonunda hökumət birinci dərəcəli sökülməli olan qəzalı binalar barədə məlumat tələb edib.
Bununla əlaqədar olaraq, hökumətin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki qəzalı vəziyyətdə olan yaşayış binalarında və yataqxanalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2026-cı ilə qədər dövlət büdcəsindən 150 milyon manat vəsaitin ayrılacağı gözlənilir. Bu barədə yerli kütləvi informasiya vasitələri (KİV) yazır.
Paytaxtdakı vəziyyət
2022-ci ilin sonunda Bakı İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sovet dövründə tikilmiş istismar müddəti başa çatmış binaların söküləcəyini açıqlayıb. Xüsusilə, söhbət "xruşşovka" adlanan və doqquzmərtəbəli panel binalardan gedib. Paytaxt administrasiyası rəhbərinin sözlərinə görə, şəhərin hər ikinci sakini köhnə evlərdə yaşayır. O, sökülən evlərin yerində yenilərinin tikilməsinin nəzərdə tutulduğunu bildirib.
Lakin məmur belə tikintiyə nə vaxt başlanılacağını açıqlamasa da, mənzil fondunun yenilənməsi prosesinin mərhələli şəkildə aparılacağına söz verib.
Bu bəyanatdan bir il sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan"ı açıqlanıb. Sənəddə deyilir ki, proqnozlara görə, 2040-cı ilədək Bakıda urbanizasiya fonunda əlavə 142 min mənzilə ehtiyac yaranacaq. Təxminən 200 min mənzildən ibarət tələb olunan sayda binanın tikintisi üçün təxminən 9 min hektar ərazi lazımdır, 2027-ci ilə qədər isə 50 min mənzil tikilməlidir.
Qeyd edək ki, qəzalı vəziyyətdə olan evlər də sökülməyə daxildir. Bu cür evlər daha əvvəl hakimiyyətin nəzərində olub.
Xatırladaq ki, 2017-ci ildə Respublika Nazirlər Kabineti Bakının birinci mikrorayonundakı binalarını qəzalı vəziyyətdə olduğunu hesab edib.
Gəncə
Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyi Sputnik Azərbaycan-a qeyd edib ki, 2023-cü ilin sonunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin tələbi ilə qəza vəziyyətində olan yaşayış binalarının siyahısını təqdim ediblər. Söhbət hələ ötən əsrin 30-cu illərində tikilmiş yataqxanalardan gedir. Təmir və bərpa işləri vaxtında aparılmadığından bu binalar demək olar ki, yaşayış üçün yararsız hala düşüb. Hazırda balansda bu bunlardan 18 ədədi mövcuddur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri tərəfindən binalara baxış zamanı onlardan beşinin qismən, 13-nün isə yaşayış üçün tamamilə yararsız olduğu müəyyən edilib. Nəticədə siyahı hökumətə təqdim edilib. Bu evlərin sakinləri üçün Nizami Gəncəvi və Kimyaçılar prospektlərində dörd çoxmərtəbəli bina tikilib. Bundan əlavə, daha bir neçə 249 mənzilli yaşayış binası layihələndirilib. Beləliklə, 1000-ə yaxın insan mənzillə təmin olunacaq.
Sumqayıt
Bununla yanaşı, Sumqayıtda da qəzalı vəziyyətdə olan evlərin sayının dəqiqləşdirilməsi sahəsində işlərə başlanılıb. Agentlikdən şəhər İcra Hakimiyyətinə daxil olan məlumata görə, qurumun balansında olan yataqxanaların istifadəyə yararlı olması barədə təkrar rəyin verilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanıb. Ümumilikdə bu cür 61 yataqxana var. İcra Hakimiyyəti qeyd edib ki, digər yaşayış binaları arasında qəza vəziyyətində olan bina yoxdur.
Qəzalı vəziyyətdə olan yataqxanaların sakinlərinin köçürülməsinə 2023-cü ildən başlanılıb. O zaman Sumqayıt stansiyası adlanan şəhərətrafı ərazidə olan üç binanın sakinləri - 172 ailə yeni mənzillərlə təmin olunub.
Şəhər İcra Hakimiyyəti əlavə edib ki, digər yataqxanalarla bağlı rəy verildikdən sonra orada yaşayan sakinlər də köçürüləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində olan, məcburi köçkünlərin köçürüldüyü yataqxanalar - Sputnik Azərbaycan, 1920, 01.01.2024
CƏMİYYƏT
Məcburi köçkünlərin köçürüldüyü tələbə yataqxanaları niyə sökülmür? FOTO VİDEO
Xəbər lenti
0