CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkünlərin köçürüldüyü tələbə yataqxanaları niyə sökülmür? FOTO VİDEO

© Sputnik / Zullfiye GuluyevaBakı Dövlət Universitetinin (BDU) nəzdində olan, məcburi köçkünlərin köçürüldüyü yataqxanalar
Bakı Dövlət Universitetinin (BDU) nəzdində olan, məcburi köçkünlərin köçürüldüyü yataqxanalar - Sputnik Azərbaycan, 1920, 01.01.2024
Abunə olmaq
Tələbələrin köçürüldüyü yataqxanalar hazırda istismara tam yararsız vəziyyətdədir.
BAKI, 1 yanvar — Sputnik. BDU-da yeni yataqxanaların tikilməsi istiqamətində dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr aparılır. Bu barədə Sputnik Azərbaycan-a BDU-nun mətbuat katibi məlumat verib.
Məlumat üçün bildirək ki, artıq BDU-nun bir neçə məcburi köçkün məskunlaşan yataqxanası boşaldılıb. Həmin yataqxanalar yararsız vəziyyətdədir. Onların pəncərələri də sökülərək çıxarılıb. Amma hələlik yataqxanaların binaları sökülmür.
Qeyd edək ki, bu günlərdə tələbələrin kirayə haqqının ödənilməsi məsələsi yenidən gündəmə gəlib. Təhsil Tələbə Kredit Fondunun şöbə rəisi Tehranağa Abdullayev bildirib ki, kirayə pulunu ödəyə bilməyən tələbələrə Fond tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur.
© Sputnik / Murad OrujovElnur Fərzəliyev
Эксперт в области недвижимого имущества, экономист Эльнур Фарзалиев - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Elnur Fərzəliyev
Ekspertlər də bildirir ki, məcburi köçkünlərin köçürüldüyü tələbə yataqxanalarının tezliklə sökülərək yerində müasirlərinin tikilməsi vacibdir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 1990-cı illərin əvvəllərinədək bütün ali təhsil müəssisələrinin, eləcə də texnikumların belə yataqxanaları olub. 1-ci Qarabağ müharibəsindən sonra məcburi köçkünlər həmin yataqxanalara sığındılar. E.Fərzəliyev bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra məcburi köçkünlərin öz yurdlarına köçürülüb. Buna görə də ali təhsil müəssisələrinin yataqxanaları tədricən boşalır. Amma ekspert bildirib ki, hazırda o yataqxanalar tələbələrin istifadəsi üçün yararsız vəziyyətdədir.
© Sputnik / Zullfiye GuluyevaBakı Dövlət Universitetinin (BDU) nəzdində olan, məcburi köçkünlərin köçürüldüyü yataqxanalar
Bakı Dövlət Universitetinin (BDU) nəzdində olan, məcburi köçkünlərin köçürüldüyü yataqxanalar - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Bakı Dövlət Universitetinin (BDU) nəzdində olan, məcburi köçkünlərin köçürüldüyü yataqxanalar
Ona görə də ekspert uzun illər məcburi köçkünlərin yaşadıqlarını yataqxanaların sökülərək yenidən tikilməsinin vacib olduğunu söyləyib. E.Fərzəliyevin sözlərinə görə, hazırda tələbələr şəhərdə kirayə evlər baha olduğundan Bakıətrafında kirayələrdə qalırlar. Bu isə tələbələrin iki saatdan çox yollarda vaxt itirməsinə səbəb olur.
Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışlarının birində tələbə yataqxanalarının təmirinə vəsait olmadığını dilə gətirmişdi. Bildirmişdi ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanasını bərpa etməyə vəsaiti yoxdur. Universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb.
"Hazırda orada yaşayış olmasa da bizim tələbə yataqxanasını təmir etməyə imkanımız yoxdur", - deyə rektor bildirib.
Xəbər lenti
0