Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Azərbaycan AŞPA münasibətlərinin normallaşması üçün ilk addımı kim atmalıdır?

© Sputnik / Vladimir FedorenkoAŞPA
AŞPA - Sputnik Azərbaycan, 1920, 12.04.2024
Abunə olmaq
Bir sıra ölkələrin parlamentləri Azərbaycan-AŞPA münasibətləri ilə bağlı mövqelərini ifadə etməyə başladılar.
BAKI, 12 aprel — Sputnik. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Daha sonra Azərbaycan mətbuatına diplomatik mənbələrdən verilmiş məlumatda qeyd olundu ki, Azərbaycan tərəfi Avropa Şurası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən çıxmaq məsələsinə baxır.
Bildirilib ki, Avropa Şurası Parlament Assambleyası ilin sonunadək Azərbaycana qarşı ədalətli mövqe ortaya qoymasa, rəsmi Bakı bu iki qurumdan çıxmaq barədə qərar qəbul edə və addımlar ata bilər.
Bunun ardınca bir sıra ölkələrin parlamentləri Azərbaycan-AŞPA münasibətləri ilə bağlı mövqelərini ifadə etməyə başladılar.
İlk təşəbbüslərdən biri Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumidən gəldi. O,Ş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanladı. Məktuba bildirilirdi ki, Ərəb Parlamenti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmamasına dair qəbul etdiyi qətnamə ilə tanış olub. Ərəb Parlamenti bu qətnamənin qəbul olunması ilə bağlı dərin təəssüfünü bildirir. Azərbaycan Respublikası ərəb dövlətlərinin yaxın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviq olunmasında əhəmiyyətli rol oynayır.
Türkiyə Xİn-in də məsələyə münsibəti birmənalı idi. Rəsmi Ankara bəyan etdi ki, Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir.
Vurğulanıb ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir:

"Əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir".

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa məktubunda türk əməkdaşlığının parlament ölçüsü olaraq, dünyanın hər yerindən olan parlamentarilər arasında konstruktiv və həqiqi dialoqun yüksək qiymətləndirildiyi bildirilib. Qeyd edilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qətnamənin qəbul edilməsi ilə bağlı narahatlıq ifadə olunur.
Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə Azərbaycanla bağlı məktub ünvanladı. Fevralın 22-də isə Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanladı.
Bundan başqa Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Anna Brnabiç AŞPA-da müşahidə olunan ikili standartları tənqid etdilər.
Eyni zamanda Moldova nümayəndə hetyətinin quruma məktubunda digər üzv dövlətlər kimi, Azərbaycanın da AŞPA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edildi, habelə Avropada təhlükəsizliyə və sülhə mühüm çağırışların olduğu bir dövrdə bütün problemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirildi.
© assembly.coe.intAŞPA
AŞPA - Sputnik Azərbaycan, 1920, 12.04.2024
AŞPA
Azərbaycanla bağlı AŞPA-ya edilən müraciətlər maraqlı məqamların ifadəsidir
Görünən odur ki, rəsmi Bakı AŞPA ilə münasibətləri tam kəsməkdə maraqlı deyil. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, normallaşma baş verəcəksə, ikitərəfli addımlar atılmalıdır.
Münasibətlərin pozlulmasında ilk təşəbbüs AŞPA-dan olub. Bu baxımdan ilk adımı da onlar atmalıdırlar. Təbii ki, bundan sonra Azərbaycan həmin addımların qarşılığını verə bilər.
Politoloq bildirir ki, Azərbaycana dost ölkələrin Azərbaycanla bağlı AŞPA-ya müraciətləri də həmin ölkələrin ölkəmizin mövqeyini ədalətli hesab etməsindən irəli gəlir: "AŞPA dialoq platformasıdır. Onun icraedici hakimiyyətlərə malik deyil.Bu dialoq platformasının itməsməsi üçün həm də dost ölkələr tərəfindən təşəbbüslər edilir".
Hazırda Qərb və Azərbaycan arasında soyuq küləklərin əsdiyi bir vaxtda münasibətlərin tezliklə normallaşacağına ümidlər azdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib ki, Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Mövlud Çavuşoğlu, arxiv
Prezident İlham Əliyev və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında görüş - Sputnik Azərbaycan, 1920, 12.04.2024
İlham Əliyev və Mövlud Çavuşoğlu, arxiv

"Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir", - Prezident vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0