Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda arağın illik minimum istehsal həcmi 20 min dekalitr olacaq - Yeni şərtlər

© Sputnik / Varvara Gerte / Mediabanka keçidAraq istehsalı, arxiv
Araq istehsalı, arxiv - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Abunə olmaq
Qanun layihəsi alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir.
BAKI, 8 aprel — Sputnik. Azərbaycanda alkoqollu içki növü olan arağın 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 min dekalitr olaraq müəyyən edilib. Bununla bağlı "Qida təhlükəsizliyi haqqında" qanuna dəyişik edilməsi təklif olunur.
Qanun layihəsi alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi 100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçid müddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci il yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur. Alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması barədə tələb 2032-ci il yanvarın 1-dən tətbiq ediləcək.
2032-ci il yanvarın 1-dək alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi aşağıdakı kimi müəyyən edilir:
2024-2025-ci illər üzrə 20 min dekalitr;
2026-2027-ci illər üzrə 30 min dekalitr;
2028-2029-cu illər üzrə 50 min dekalitr;
2030-2031-ci illər üzrə 80 min dekalitr.
Qeyd edək ki, alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir, icazə sistemi təkmilləşdirilir.
Milli Məclisin Aqrar siyasət komitəsinin aprelin 6-da keçirilən iclasında Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Elşad Cəbrayılov "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəsi zamanı ilkin mərhələdə arağın illik minimum istehsal həcminin 20 min yox, 60 min dekalitr olmasını təklif edib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə AQTA nümayəndəsinin təklifinə cavab olaraq bildirib ki, illik istehsal üçün 60 min dekalitr çoxdur:

"Qanun layihəsi mütəxəssislər tərəfindən hazırlanıb. Bəzi ölkələr var ki, onların içkiyə olan tələbatı çoxdur. Amma Azərbaycan içkiyə bu qədər tələbatlı deyil. Biz istehsalı artırmaq və onu xaricə bazara çıxarmaq istəyirik. Alkoqol və tütün insan səhhəti üçün ziyanlıdır. Biz yalnız alkoqollu içkilər üçün 60 min dekalitr həcmi xarici bazara çıxarmaqdan ötrü artıra bilərik".

Qeyd edək ki, bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklik müzakirə edilərək plenar iclasa tövsiyə edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin mərhələli şəkildə artırılması və optimallaşdırılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Tütün zavodu, arxiv - Sputnik Azərbaycan, 1920, 06.04.2024
İQTİSADİYYAT
Tütün məmulatlarının idxalı, istehsalını həyata keçirən sahibkarların reyestri aparılacaq
Xəbər lenti
0