Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın güləşçisiləri tam tərkibdə "Paris-2024"ə lisenziya qazanıblar

© Photo : Facebook / United World WrestlingAzərbaycan güləşçisi
Azərbaycan güləşçisi - Sputnik Azərbaycan, 1920, 07.04.2024
Abunə olmaq
Azərbaycanın sərbəst güləşçiləri Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə ediblər.
BAKI, 7 aprel - Sputnik. zərbaycanın sərbəst güləşçisiləri tam heyətlə (bütün çəki dərəcələrində) "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.
Azərbaycan millisinin idmançıları bu uğura Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə, Georgi Meşvildişvilinin (125 kq) qələbəsi sayəsində imza atıb.
31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.
Xatırladaq ki, bu gün bu gün ilk olaraq Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və son olaraq Georgi Meşvildişvilinin (125 kq) qələbəsi ilə Azərbaycan güləşçiləri Fransa paytaxtında bütün çəki dərəcələrində mübarizə aparacaqlar.
***
Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə Georgi Meşvildişvili (125 kq) olimpiadada iştirak hüququna yiyələnib.
31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.
Bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) da olimpiadaya lisenziya qazanıblar. Daha əvvəl digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadada iştirak hüququna yiyələnmişdi.
Qeyd edək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.
***
Azərbaycanın sərbəst güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bu dəfə Osman Nurmaqomedov bunu reallaşdırıb.
86 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı pəhləvan Avropa çempionu olan ukraynalı Vasili Mixaylonu yarımfinalda 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) da olimpiadaya lisenziya qazanıblar.
***
Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.
23 yaşlı pəhləvan yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub.
Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) də olimpiadaya lisenziya qazanıblar.
***
Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev (65 kq) ardıcıl üçüncü dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Üçqat dünya və dördqat Avropa çempionu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.
32 yaşlı idmançı yarımfinalda Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gəlib.
H.Əliyev Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medala yiyələnib.
Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) də olimpiadaya lisenziya qazanıb. Daha əvvəl isə digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) bunu bacarmışdı.
***
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.
Əliabbas Rzazadə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.
Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.
***
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə bu gün yekun vurulacaq.
“Report”un məlumatına görə, son gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni raundda Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək.
Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmannla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq.
Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) - Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk iki gündə 4 yunan-Roma və 5 qadın güləşçimiz uğursuz çıxış edib.
Xəbər lenti
0