Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Türkiyə beynəlxalq münasibətlərdə təhlükəsizlik tədbirlərini necə gücləndirir

© DHA / AFPTürkiyə sərhəddi, arxiv
Türkiyə sərhəddi, arxiv - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Daha bir ölkə AASQHM-dən çıxdığını elan edib ki, bu da mövcud beynəlxalq müqavilələrin aradan qalxmasına və öz təhlükəsizliyini möhkəmləndirilməsinin zəruriliyinə dəlalət edə bilər.
BAKI, 7 aprel — Sputnik. Türkiyədə ölkənin Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (AASQHM) çıxması barədə qərar qəbul edilib. Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı "Resmi Gazete"də dərc olunub. Sənədə əsasən, fərman aprelin 8-dən qüvvəyə minir.
Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilə 19 noyabr 1990-cı ildə Parisdə bağlanıb. Sənədi NATO-ya üzv olan 16 dövlətin və 1991-ci il iyulun 1-də ləğv edilmiş Varşava Müqaviləsi Təşkilatına üzv olan 6 dövlətin səlahiyyətli nümayəndələri imzalayıblar.
Lakin 1999-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İstanbulda keçirilən sammitində yalnız Rusiya, Belarus, Qazaxıstan və Ukrayna tərəfindən ratifikasiya edilmiş AASQHM-nin yenilənmiş versiyası imzalanaıb. 2007-ci ildə Rusiya, NATO-nun ölkələri şərtləri vicdanla yerinə yetirməyə başlayana qədər, müqavilədə iştirakına moratorium elan edib.
Müasir beynəlxalq münasibətlərdə yararsız müqavilə
Ekspertlər bu müqavilənin bir növ Qərblə Şərq arasında Soyuq Müharibənin bitməsinin simvolu olduğunu, lakin müasir beynəlxalq münasibətlərdə onun öz əhəmiyyətini itirdiyini qeyd ediblər. Soyuq Müharibədən sonrakı dövr Qərb qaydalarına əsaslanan nizam adlandırılsa da, bu, Vaşinqton tərəfindən yaradılan, lakin ABŞ-ın özü tərəfindən bu qaydalara məhəl qoymadan məhv etməyə başladığı bir sistem olub.
Nəticədə dünyada hər bir ölkənin öz mövqeyini yeni reallıqlara uyğunlaşdırmağa çalışdığı mövcud beynəlxalq nizamın dağıldığı vəziyyət yaranıb. Bu baxımdan Türkiyədə qəbul edilən qərar istisnadan daha çox qanunauyğunluqdur. Türkiyə ilə yanaşı, Belarus da AASQHM-dən çıxması barədə qərarı qəbul edib. Qeyd edək ki, ekspertlər Belarus hakimiyyətinin qərarını bir müddət əvvəl Çexiya və Polşanın müqavilədən çıxması ilə əlaqələndirirlər. Onu da xatırladaq ki, bundan bir qədər əvvəl Moldova Müdafiə Nazirliyinin dövlət katibi Valeri Mija ölkənin "müqavilə bağlanarkən mövcud olan hallarla müqayisədə baş vermiş köklü dəyişikliklərə" görə AASQHM-ni tərk etdiyini bildirib.
Rusiya 2023-cü il noyabrın 7-də AASQHM-dən çıxıb. Bu müqavilə ilə yanaşı, daha iki məcburi hüquqi sənəd də Moskva üçün qüvvədən düşüb: Varşava Müqaviləsi iştirakçısı olan altı dövlətin adi silah və texnikanın maksimum səviyyələri haqqında 3 noyabr 1990-cı il tarixli Budapeşt sazişi, həmçinin 31 may 1996-cı il tarixli Cinah sənədi.
© AFP 2023 / OZAN KOSETürkiyə polisi
Нападение на церковь в Стамбуле  - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Türkiyə polisi
Türkiyə hökumətinin qərarlarının məqsədi ölkənin təhlükəsizliyini gücləndirməkdir
Müasir beynəlxalq münasibətlərdə elə bir vəziyyət yaranıb ki, "suda boğulanların xilası onların öz işidir" kimi məşhur deyimi xatırlatmaq yerinə düşər. Bu, xüsusilə Qərb ölkələri, əsasən də Türkiyə ilə müqavilələri olanlara aiddir.
Xatırladaq ki, Türkiyə Qərbin aparıcı hərbi blokunun - NATO-nun üzvüdür. Buna baxmayaraq, ölkəyə qarşı kağız üzərində mövcud olan müttəfiqlik münasibətləri ilə heç bir əlaqəsi olmayan tədbirlər həyata keçirilir. 2016-cı ildə İncirlik hərbi bazasındakı ABŞ nümayəndələrinin Türkiyədə hərbi çevrilişə cəhddə iştirakı, həm də NATO üzvü olan Yunanıstandan bu qanlı hadisələrin iştirakçılarının ekstradisiya edilməməsi, ABŞ-ın Türkiyəyə, hətta alyansa üzv olmayan bəzi ölkələrə də satılan müasir beşinci nəsil təyyarələr və hava hücumundan müdafiə sistemləri verməkdən imtina etməsi, iqtisadi və hərbi təchizat sahəsində Ankaraya qarşı məhdudiyyətlərin tətbiqi, eləcə də bir çox alyansa üzv ölkələrin açıq düşmənçilik hərəkətləri Türkiyənin təhlükəsizlik sistemini təkbaşına gücləndirməsinin zəruriliyini təsdiqləyir.
Türkiyə hakimiyyətinin yerli hərbi texnologiyaların inkişafına artan diqqətini məhz bununla izah etmək olar ki, nəticədə Türkiyə getdikcə daha çox silah idxalçısından ixracatçıya çevrilir.
Ölkə pilotsuz uçuş aparatların (PUA, dron) istehsalında ciddi uğurlar əldə edib, yerli hava hücumundan müdafiə sistemlərini təkmilləşdirib, həmçinin hərbi gəmiqayırma, təyyarə istehsalı, raket istehsalı və hərbi sənayenin digər sahələrini inkişaf etdirib.
Bütün bunlar beynəlxalq müqavilələrin fəaliyyətini dayandırdığı bir dövrdə ölkənin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə diktə olunur. Əgər əvvəllər Ankara birmənalı olaraq NATO tərəfdaşlarının hərbi təhlükə halında onun köməyinə gələcəyinə arxalanırdısa, alyans üzvlərinin yuxarıda qeyd olunan açıq-aşkar qeyri-dost hərəkətlərini nəzərə alaraq, Türkiyə öz təhlükəsizliyini yalnız öz qüvvələrinə və vəsaitlərinə güvənərək möhkəmləndirməlidir.
© AP Photo / © DHA via APBayraktar PUA-sı
Турецкий военный беспилотник Байрактар, фото из архива  - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Bayraktar PUA-sı
Müasir şəraitdə Türkiyənin təhlükəsizliyinin təmin edilməsinin xüsusiyyətləri
Kollektiv Qərbin öz səylərini yönəltdiyi əksər şərq ölkələri adətən proksi-birləşmələrin istifadə olunduğu hibrid hücumlarla üzləşirlər. Bu, hələ də proksi-qüvvələrin istifadə olunduğu Suriyada, Liviyada, hətta Rusiyaya qarşı Ukraynanın şərqində müşahidə olunub. Hər bir konkret halda Qərbdən dəstək və silah alan müxtəlif qüvvələrdən istifadə edilib. Bu cür qüvvələr sırasına İŞİD* (Rusiyada fəaliyyəti qadağan olunub), Suriya Demokratik Qüvvələri, Liviyadakı müxalifətin silahlı birləşmələri və Ukraynadakı millətçi dəstələr daxildir.
Türkiyədə hazırda İran, İraq və Suriyada törəmə qurumları olan PKK terror təşkilatından yarım əsrdən çoxdur ki, bu məqsədlə istifadə olunur. Bu təşkilat ölkə ərazisində törədilən, minlərlə vətəndaşın həlak olduğu onlarla, bəlkə də yüzlərlə terror aktına görə məsuliyyət daşıyır. Son zamanlar Türkiyədə daha bir məşhur terror təşkilatı olan İŞİD-in fəallaşması müşahidə olunur. Xüsusilə "Crocus City Hall"da baş vermiş terror aktı və Vaşinqtonun bu barədə açıqlamaları fonunda təşkilatın əsas sponsorlarını xatırlatmağı lüzumsuz hesab edirik.
© Sputnik / Илья Наймушин / Mediabanka keçidTacikistan pasportu, arxiv
Рейд по выявлению незаконных трудовых мигрантов в Красноярске - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Tacikistan pasportu, arxiv
Son hadisələr fonunda Ankara adi xarici pasportları olan Tacikistan vətəndaşları üçün respublikaya giriş rejiminin dəyişdirilməsi barədə qərar qəbul edib. Bundan əlavə, ölkə aprelin 15-dən etibarən yaşayış icazəsini yeniləmək istəyən şəxslərdən milli elektron xəbərdarlıq sisteminə ünvan təqdim etmələri barədə qərar qəbul edib. Bunun üçün qüvvədə olan yaşayış icazəsi və pasport təqdim edərək poçt şöbəsinə və ya xüsusi xidmətə müraciət etmək, telefon nömrəsini və e-poçt ünvanını qeyd etmək lazımdır. Beləliklə, əcnəbi vətəndaşlar üzərində nəzarəti gücləndirəcək və bu, ölkədə daha böyük təhlükəsizliyi təmin edəcək.
Bütün bu hadisələr ABŞ-ın simasında hegemon istəklərinə söykənən köhnə dünya nizamının dağıdılması və beynəlxalq münasibətlərin bütün iştirakçıları üçün bərabər hüquqların təmin ediləcəyi yeni çoxqütblü dünyanın qurulması ideyasının təbliği fonunda həyata keçirilir. Bu proses müasir qarşılıqlı münasibətlərin yenidən nəzərdən keçirilməsini, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi bir çox mövcud beynəlxalq təşkilatların yeni iş qaydalarının işlənib hazırlanmasını nəzərdə tutur. Tarixi yaddaşı nəzərə alaraq, belə bir dövrdə həm öz ölkəmizdə, həm də bütövlükdə regionda təhlükəsizliyin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0