https://sputnik.az/20240406/qadinlardan-ibaret-rusiya-yigmasinin-bas-mesqcisi-bakida-ozumu-evdeki-kimi-hiss-edirem-463778250.html
Qadınlardan ibarət Rusiya yığmasının baş məşqçisi: Bakıda özümü evdəki kimi hiss edirəm
Qadınlardan ibarət Rusiya yığmasının baş məşqçisi: Bakıda özümü evdəki kimi hiss edirəm
Sputnik Azərbaycan
Saypulla Absaidov Avropa Olimpiya təsnifat turnirində yetirmələrinin çıxışından gözləntilərini bölüşüb. 06.04.2024, Sputnik Azərbaycan
2024-04-06T15:01+0400
2024-04-06T15:01+0400
2024-04-06T15:01+0400
güləş
idman
rusiya
qadın
komanda
https://cdnn1.img.sputnik.az/img/42177/59/421775948_0:0:1024:577_1920x0_80_0_0_2768df5d856403375a4b80f59ac5e36f.jpg
BAKI, 6 aprel — Sputnik. Qadın güləşi üzrə Rusiya yığmasının baş məşqçisi Saypulla Absaidov Azərbaycan güləşinə yad deyil və Bakıda olduğu üçün özünü evdəki kimi hiss edir. Bunu Rusiya komandasının məşqçisi Sputnik Azərbaycan-a açıqlamasında deyib. Bu günlərdə Bakıda Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçirilir və bu turnirin ikinci günündə qadınlar arasında yarışlar keçiriləcək. Məhz şənbə günü, aprelin 6-da Absaidovun komandası Olimpiya üzrə vəsiqələr uğrunda mübarizə aparmaq üçün döşək üzərinə çıxacaq. Məlum olduğu kimi, rusiyalı məşqçi uzun müddət Azərbaycanın kişilərdən ibarət sərbəst güləş üzrə yığmasına rəhbərlik edib. Absaidovun sözlərinə görə, Bakıda onu özlərindən biri kimi qəbul ediblər. Hazırkı yetirmələrə gəlincə, mütəxəssis Rusiya güləşçilərinin uzun müddət beynəlxalq yarışlardan uzaqlaşdırılmasına görə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tətbiq olunan sanksiyalarının hələ də idmançılara mənfi təsir göstərdiyini qeyd edib. "Gözləməsəm də, sanksiyalar yenə də güləşçilərə mənfi təsir göstərib, buna görə də onlar 2023-cü il Dünya Çempionatında zəif çıxış ediblər. Bundan əlavə, hər bir xarici startdan əvvəl biz iki maneəni - "UWW" komissiyasını və səfirliklərin viza şöbəsini aşmalıyıq. Məsələn, Buxarestdə keçirilən Avropa çempionatından əvvəl komissiya bir neçə qadın yarışmaçılarımıza icazə verməyib, daha sonra isə Rumıniya səfirliyi digər idmançılarımıza viza verməyib", – məşqçi söyləyib. O qeyd edib ki, Bakıda keçirilən lisenziya turnirindən əvvəl onun yetirmələri ilə bağlı ən azından viza problemi olmayıb. "Azərbaycan və digər ölkələrin idmançıları ilə təlim-məşq toplanışı keçirmək üçün Bakıya əvvəlcədən gəldik. Ümid edirəm ki, bu, qadın yarışmaçılarımız üçün faydalı oldu", - Absaidov bildirib. Rusiya millisinin məşqçisi etiraf edib ki, Bakıda ən azı 3-4 Olimpiyaya vəsiqəsi qazanacağına ümid edir. Təcrübəli mütəxəssis əvvəllər işlədiyi sərbəst güləş üzrə kişilərdən ibarət Azərbaycan yığmasından da danışıb. "Biz əslində eyni idman zalında məşq edirdik, ona görə də onları izləyə bilirdim. Hacı Əliyev kimi təcrübəli güləşçilər var, ancaq Turan Bayramov və Əliabbas Rzazadə kimi gəncləri də qeyd etmək lazımdır. Deyə bilərəm ki, Azərbaycanın yüksək nəticələr göstərməyə qadir olan çox yaxşı komandası var", - Absaidov fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42177/59/421775948_0:0:1024:768_1920x0_80_0_0_9685a04c45d9858555b7f05ae67cbb14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
güləş, rusiya, qadın, komanda
güləş, rusiya, qadın, komanda
Qadınlardan ibarət Rusiya yığmasının baş məşqçisi: Bakıda özümü evdəki kimi hiss edirəm
Saypulla Absaidov Avropa Olimpiya təsnifat turnirində yetirmələrinin çıxışından gözləntilərini bölüşüb.
BAKI, 6 aprel — Sputnik. Qadın güləşi üzrə Rusiya yığmasının baş məşqçisi Saypulla Absaidov Azərbaycan güləşinə yad deyil və Bakıda olduğu üçün özünü evdəki kimi hiss edir.
Bunu Rusiya komandasının məşqçisi Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Bu günlərdə Bakıda Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçirilir və bu turnirin ikinci günündə qadınlar arasında yarışlar keçiriləcək. Məhz şənbə günü, aprelin 6-da Absaidovun komandası Olimpiya üzrə vəsiqələr uğrunda mübarizə aparmaq üçün döşək üzərinə çıxacaq.
Məlum olduğu kimi, rusiyalı məşqçi uzun müddət Azərbaycanın kişilərdən ibarət sərbəst güləş üzrə yığmasına rəhbərlik edib. Absaidovun sözlərinə görə, Bakıda onu özlərindən biri kimi qəbul ediblər.
"Bakıda məni çox mehriban qarşıladılar, özümü burada öz evimdəki kimi hiss edirəm. Keçmiş yetirmələrimin bir çoxu artıq Azərbaycan milli komandalarında məşqçi kimi işləyirlər (Xetaq Qazyumov, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və başqaları). Hər kəslə görüşdüm və xoş ünsiyyət oldu. Köhnə dostlarımı, həmkarlarımı və tələbələrimi görməkdən çox məmnunam", - Absaidov bildirib.
Hazırkı yetirmələrə gəlincə, mütəxəssis Rusiya güləşçilərinin uzun müddət beynəlxalq yarışlardan uzaqlaşdırılmasına görə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tətbiq olunan sanksiyalarının hələ də idmançılara mənfi təsir göstərdiyini qeyd edib.
"Gözləməsəm də, sanksiyalar yenə də güləşçilərə mənfi təsir göstərib, buna görə də onlar 2023-cü il Dünya Çempionatında zəif çıxış ediblər. Bundan əlavə, hər bir xarici startdan əvvəl biz iki maneəni - "UWW" komissiyasını və səfirliklərin viza şöbəsini aşmalıyıq. Məsələn, Buxarestdə keçirilən Avropa çempionatından əvvəl komissiya bir neçə qadın yarışmaçılarımıza icazə verməyib, daha sonra isə Rumıniya səfirliyi digər idmançılarımıza viza verməyib", – məşqçi söyləyib.
O qeyd edib ki, Bakıda keçirilən lisenziya turnirindən əvvəl onun yetirmələri ilə bağlı ən azından viza problemi olmayıb.
"Azərbaycan və digər ölkələrin idmançıları ilə təlim-məşq toplanışı keçirmək üçün Bakıya əvvəlcədən gəldik. Ümid edirəm ki, bu, qadın yarışmaçılarımız üçün faydalı oldu", - Absaidov bildirib.
Rusiya millisinin məşqçisi etiraf edib ki, Bakıda ən azı 3-4 Olimpiyaya vəsiqəsi qazanacağına ümid edir.
"Xüsusilə Azərbaycanın qadınlardan ibarət komandasının da lisenziyasının olmadığını nəzərə alsaq, rəqabət çox ciddi olacaq. Ümid edək ki, püşkatma rusiyalı və azərbaycanlı qadın iştirakçıları turnir cədvəlinin müxtəlif səbətlərinə salacaqlar və onlar yarımfinalda belə qarşılaşmayacaqlar. Əgər 50 kq çəkidə idmançımıza rəqib Avropada özünə rəqib tanımayan Mariya Stadnik olarsa, onun üçün xüsusilə çətin olacaq", – məşqçi vurğulayıb.
Təcrübəli mütəxəssis əvvəllər işlədiyi sərbəst güləş üzrə kişilərdən ibarət Azərbaycan yığmasından da danışıb.
"Biz əslində eyni idman zalında məşq edirdik, ona görə də onları izləyə bilirdim. Hacı Əliyev kimi təcrübəli güləşçilər var, ancaq Turan Bayramov və Əliabbas Rzazadə kimi gəncləri də qeyd etmək lazımdır. Deyə bilərəm ki, Azərbaycanın yüksək nəticələr göstərməyə qadir olan çox yaxşı komandası var", - Absaidov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.