https://sputnik.az/20240406/azerbaycanin-nar-ixraci-artir---mehsul-esasen-rusiyaya-gonderilir-463781521.html
Azərbaycanın nar ixracı artır - məhsul əsasən Rusiyaya göndərilir
Azərbaycanın nar ixracı artır - məhsul əsasən Rusiyaya göndərilir
Sputnik Azərbaycan
Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir. 06.04.2024, Sputnik Azərbaycan
2024-04-06T16:32+0400
2024-04-06T16:32+0400
2024-04-06T16:32+0400
nar
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
komissiya
ixrac
https://cdnn1.img.sputnik.az/img/42227/70/422277044_0:161:3069:1887_1920x0_80_0_0_924263407418cfd008013cbae156601d.jpg
BAKI, 6 aprel — Sputnik. Azərbaycanın nar ixracında artım müşahidə edilir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycan 30,6 milyon dollar dəyərində 28,6 min ton nar ixrac edib ki, bu da illik müqayisədə miqdar baxımından 22,6 faiz çox deməkdir. Dəyər baxımından isə nar ixracında 2,9 faiz azalma qeydə alınıb. Bunun səbəbi narın ixrac qiymətinin nisbətən ucuzlaşmasıdır. Amma buna baxmayaraq ötən il narın ixrac həcmində artım baş verib. Narın ixracda payının daha da artacağı gözlənilir Qeyd edək ki, ölkəmizdə sürətlə artan nar bağları ixracda bu məhsulun payını artırır. Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir. Nar bağlarının salınması üçün dövlət tərəfindən birdəfəlik subsidiya ayrılır. Hər hektar intensiv nar bağlarına görə 3000 manat subsidiya verilir. Dövlət fermerləri bu işə təşviq etmək üçün subsidiya ayırır və ona görə narın əkin sahələri artıb. Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır. Azərbaycan nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada "Çəhrayı gülöyşə", "Bala Mürsəl", "Azərbaycan gülöyşəsi", "Nazik qabıq", "Vələs", "İri gilə" və s. sortlar becərilir. Ümumi nar ixracının 85 faizi Rusiyanın payına düşüb Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanın ümumi nar ixracının 85 faizi Rusiyanın payına düşüb. Keçən il Azərbaycan Rusiyaya 24313 ton, Belarusa 368 ton, Qazaxıstana 441 ton nar ixrac edib. Bundan başqa, Azərbaycandan Gürcüstana, Ukraynaya, Moldovaya və digər ölkələrə nar ixrac edilib. Xatırladaq ki, 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçay rayonunda ənənəvi nar bayramı keçirilir. Məqsəd Azərbaycan narının şöhrətini dünyaya tanıtmaqdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230831/azerbaycanin-nar-ixraci-niye-keskin-artib--en-cox-hansi-olkelere-mal-gonderilib-458160954.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/70/422277044_170:0:2901:2048_1920x0_80_0_0_472502dd56e8c27e837ab1f393352553.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nar, avrasiya iqtisadi ittifaqı, komissiya, ixrac
nar, avrasiya iqtisadi ittifaqı, komissiya, ixrac
Azərbaycanın nar ixracı artır - məhsul əsasən Rusiyaya göndərilir
Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir.
BAKI, 6 aprel — Sputnik. Azərbaycanın nar ixracında artım müşahidə edilir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycan 30,6 milyon dollar dəyərində 28,6 min ton nar ixrac edib ki, bu da illik müqayisədə miqdar baxımından 22,6 faiz çox deməkdir. Dəyər baxımından isə nar ixracında 2,9 faiz azalma qeydə alınıb. Bunun səbəbi narın ixrac qiymətinin nisbətən ucuzlaşmasıdır. Amma buna baxmayaraq ötən il narın ixrac həcmində artım baş verib.
Narın ixracda payının daha da artacağı gözlənilir
Qeyd edək ki, ölkəmizdə sürətlə artan nar bağları ixracda bu məhsulun payını artırır. Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir. Nar bağlarının salınması üçün dövlət tərəfindən birdəfəlik subsidiya ayrılır. Hər hektar intensiv nar bağlarına görə 3000 manat subsidiya verilir. Dövlət fermerləri bu işə təşviq etmək üçün subsidiya ayırır və ona görə narın əkin sahələri artıb.
Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır.
Azərbaycan nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada "Çəhrayı gülöyşə", "Bala Mürsəl", "Azərbaycan gülöyşəsi", "Nazik qabıq", "Vələs", "İri gilə" və s. sortlar becərilir.
Ümumi nar ixracının 85 faizi Rusiyanın payına düşüb
Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanın ümumi nar ixracının 85 faizi Rusiyanın payına düşüb. Keçən il Azərbaycan Rusiyaya 24313 ton, Belarusa 368 ton, Qazaxıstana 441 ton nar ixrac edib. Bundan başqa, Azərbaycandan Gürcüstana, Ukraynaya, Moldovaya və digər ölkələrə nar ixrac edilib.
Xatırladaq ki, 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçay rayonunda ənənəvi nar bayramı keçirilir. Məqsəd Azərbaycan narının şöhrətini dünyaya tanıtmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.