https://sputnik.az/20230831/azerbaycanin-nar-ixraci-niye-keskin-artib--en-cox-hansi-olkelere-mal-gonderilib-458160954.html
Azərbaycanın nar ixracı niyə kəskin artıb – Ən çox hansı ölkələrə mal göndərilib?
Azərbaycanın nar ixracı niyə kəskin artıb – Ən çox hansı ölkələrə mal göndərilib?
Sputnik Azərbaycan
Bu ilin birinci yarısında ölkədən 8 milyon dollar dəyərində 6 min tondan çox nar ixrac olunub. Ümumi nar ixracının 91,8 faizi Rusiyanın payına düşüb. 31.08.2023, Sputnik Azərbaycan
2023-08-31T09:19+0400
2023-08-31T09:19+0400
2023-08-31T09:19+0400
nar
iqtisadiyyat
ixrac
fermer
subsidiya
https://cdnn1.img.sputnik.az/img/42227/73/422277317_0:36:3069:1762_1920x0_80_0_0_00a17539a9b703bbbc95f0e875474db8.jpg
BAKI, 31 avqust — Sputnik. Azərbaycanın nar ixracında kəskin artım müşahidə edilir. Rəsmi statistikaya görə, bu ilin birinci yarısında nar ixracı illik müqayisədə 4 dəfə artıb. Artımın səbəbləri nədir? Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, artımın bir neçə səbəbi var:"Son vaxtlarda nar bağlarına qulluq yaxşılaşıb" Onun sözlərinə görə, ikinci səbəb aqrotexniki qulluqda irəliləyişin olmasıdır:"Əvvəl fermerlər gübrələrdən demək olar ki, istifadə etmirdilər və çox zaman nar çürüyürdü. Son vaxtlarda isə nar bağlarına qulluq yaxşılaşıb, gübrələrdən istifadə artıb. Ona görə də keyfiyyətli məhsul əldə olunur və ixracda da artım var". "Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir" - , deyə ekspert əlavə edib.İqtisadçı-ekspert Xalid Kərimli isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan sahibkarları işlərini yaxşı təşkil ediblər və bu da nar ixracında kəskin artıma gətirib çıxarıb. Bu, nar istehsalçılarının uğurudur.Qeyd edək ki, bu ilin birinci yarısında ölkədən 8 milyon dollar dəyərində 6 min tondan çox nar ixrac olunub. Ümumi nar ixracının 91,8 faizi Rusiyanın payına düşüb. Sonrakı yerlərdə isə Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan gəlir. Az miqdarda məhsul Birləşmiş Ərəb Əmirliklərinə, Qətərə göndərilib. Xatırladaq ki, 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçay rayonunda ənənəvi nar bayramı keçirilir. Məqsəd Azərbaycan narının şöhrətini dünyaya tanıtmaqdır.Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır.
https://sputnik.az/20230603/azerbaycanin-nar-ixraci-keskin-artib---detallar-455537214.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/73/422277317_120:0:2851:2048_1920x0_80_0_0_ce8460327f18c7f861ab8a6fe4300210.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nar, ixrac, fermer, subsidiya
nar, ixrac, fermer, subsidiya
Azərbaycanın nar ixracı niyə kəskin artıb – Ən çox hansı ölkələrə mal göndərilib?
Bu ilin birinci yarısında ölkədən 8 milyon dollar dəyərində 6 min tondan çox nar ixrac olunub. Ümumi nar ixracının 91,8 faizi Rusiyanın payına düşüb.
BAKI, 31 avqust — Sputnik. Azərbaycanın nar ixracında kəskin artım müşahidə edilir. Rəsmi statistikaya görə, bu ilin birinci yarısında nar ixracı illik müqayisədə 4 dəfə artıb.
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, artımın bir neçə səbəbi var:
"Birincisi, narın əkin sahələri genişlənib. Nar bağlarının salınması üçün dövlət tərəfindən birdəfəlik subsidiya ayrılır. Hər hektar intensiv nar bağlarına görə 3000 manat subsidiya verilir. Dövlət fermerləri bu işə təşviq etmək üçün subsidiya ayırır və ona görə narın əkin sahələri artıb".
"Son vaxtlarda nar bağlarına qulluq yaxşılaşıb"
Onun sözlərinə görə, ikinci səbəb aqrotexniki qulluqda irəliləyişin olmasıdır:
"Əvvəl fermerlər gübrələrdən demək olar ki, istifadə etmirdilər və çox zaman nar çürüyürdü. Son vaxtlarda isə nar bağlarına qulluq yaxşılaşıb, gübrələrdən istifadə artıb. Ona görə də keyfiyyətli məhsul əldə olunur və ixracda da artım var".
"Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir" - , deyə ekspert əlavə edib.
İqtisadçı-ekspert Xalid Kərimli isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan sahibkarları işlərini yaxşı təşkil ediblər və bu da nar ixracında kəskin artıma gətirib çıxarıb. Bu, nar istehsalçılarının uğurudur.
Qeyd edək ki, bu ilin birinci yarısında ölkədən 8 milyon dollar dəyərində 6 min tondan çox nar ixrac olunub. Ümumi nar ixracının 91,8 faizi Rusiyanın payına düşüb. Sonrakı yerlərdə isə Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan gəlir. Az miqdarda məhsul Birləşmiş Ərəb Əmirliklərinə, Qətərə göndərilib.
Xatırladaq ki, 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçay rayonunda ənənəvi nar bayramı keçirilir. Məqsəd Azərbaycan narının şöhrətini dünyaya tanıtmaqdır.
Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır.