Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA Azərbaycanın 11 klubuna ödəniş edib

© AFP 2023 / FABRICE COFFRINIUEFA loqosu, arxiv
UEFA loqosu, arxiv - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Abunə olmaq
Avropa futbol qurumundan klublara ayrılan 647 min 643 avro milli assosiasiyanın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb.
BAKI, 5 aprel — Sputnik. UEFA Azərbaycanın 11 klubuna ödəniş edib.
AFFA-nın rməlumatına görə, maliyyə vəsaiti milli komandaların heyətində Avropa çempionatının seçmə mərhələsində və UEFA Millətlər Liqasının matçlarında çıxış etmiş futbolçulara görə ödənilib.
Avropa futbol qurumundan klublara ayrılan 647 min 643 avro milli assosiasiyanın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb.
"Qarabağ" 219 min 540 avro, "Sabah" 135 min 383 avro, "Neftçi" 109 min 770 avro, "Qəbələ" 47 min 567 avro, "Zirə" 43 min 908 avro, "Səbail" 25 min 613 avro, "Araz-Naxçıvan" 21 min 954 avro, "Turan Tovuz" və "Sumqayıt" hərəyə 14 min 636 avro, "Şamaxı" ilə "Kəpəz" isə 7 min 318 avro alıblar.
Xəbər lenti
0