https://sputnik.az/20240405/qarabag-ve-neftci-amputant-futbol-komandalarinin-oyunu-kecirilib-463734716.html
"Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib
"Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib
Sputnik Azərbaycan
Minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin olunması böyük əhəmiyyət kəsb... 05.04.2024, Sputnik Azərbaycan
2024-04-05T11:48+0400
2024-04-05T11:48+0400
2024-04-05T11:48+0400
futbol
idman
futbol
"neftçi" futbol klubu
oyun
qarabağ fk
"qarabağ" fk
milli komanda
mina
mina
https://cdnn1.img.sputnik.az/img/07e8/04/05/463733740_0:49:945:581_1920x0_80_0_0_d20c8d212fcdd94840bbb5ced2aba0dc.jpg
BAKI, 5 aprel — Sputnik. 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü qeyd etmək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib. Mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət futbol oyunlarının keçirilməsi minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin olunması böyük əhəmiyyət kəsb edir. Xatırladaq ki, amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasında "D" divizionunu 2-ci pillədə tamamlayaraq 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, Vətən müharibəsindən indiyədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb. Ümumilikdə, Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən bu günədək 3429 nəfər azərbaycanlı minadan zərər çəkib. Onların əksəriyyəti mülki şəxslərdir - 358 nəfəri uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/05/463733740_53:0:893:630_1920x0_80_0_0_5a54606ce3d9d9ca253e90fbd0d942a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, futbol, "neftçi" futbol klubu, oyun, qarabağ fk, "qarabağ" fk, milli komanda, mina, mina
futbol, futbol, "neftçi" futbol klubu, oyun, qarabağ fk, "qarabağ" fk, milli komanda, mina, mina
"Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib
Minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin olunması böyük əhəmiyyət kəsb edir.
BAKI, 5 aprel — Sputnik. 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü qeyd etmək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib.
Mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət futbol oyunlarının keçirilməsi minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin olunması böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasında "D" divizionunu 2-ci pillədə tamamlayaraq 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Vətən müharibəsindən indiyədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb. Ümumilikdə, Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən bu günədək 3429 nəfər azərbaycanlı minadan zərər çəkib. Onların əksəriyyəti mülki şəxslərdir - 358 nəfəri uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır.