Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən və həbsxanada ölən şəxsə bəraət verilmədi

© Photo : APA Elmar Vəliyev
 Elmar Vəliyev - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında M.Qurbanova bəraət verilməsi üçün müraciət olunan kassasiya şikayəti təmin edilməyib.
BAKI, 4 aprel — Sputnik. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Müşfiq Qurbanovla bağlı Ali Məhkəmədə qərar qəbul olunub. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında M.Qurbanova bəraət verilməsi üçün müraciət olunan kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, təqsirləndirilən şəxs 2020-ci il noyabrın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında vəfat edib. Qurbanov Müşfiq Cümşüd oğluna qarşı Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq) 214.2.6 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və 307.3 (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə ittiham irəli sürülüb.
O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib. İttihama görə, M.Qurbanov 2018-ci ilin iyulun 3-də hazırda həbsdə olan Yunis Səfərov Müşfiq Qurbanovun da daxil olduğu xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin ozamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd həyata keçirməyə çalışıb. M.Qurbanov 2018-ci il iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə "Gəncə işi"ndə təqsirli bilinərək beynəlxalq axtarışa verilib. O, 2018-ci il oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılıb. Moskva təcridxanasında bir il üç ay saxlanıldıqdan sonra 2020-ci il yanvarın 17-də Bakıya gətirilib.
22.10.21, 17:53
Elmar Vəliyevin işi ilə bağlı həbs edilənlərdən birinin cəzası 18 ildən 5 ilə endirildi
"Gəncə hadisələri" ilə əlaqədar həbs olunmuş Urfan Məmmədovun cəza müddəti azaldılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə onun vəkili Qanqa İbrahimov məlumat yayıb. O bildirib ki, Ali Məhkəmə müvəkkili U.Məmmədovun cəza müddətini 5 ilə endirib. Belə ki, Cinayət Məcəlləsinin 18 maddəsi ilə təqsirli bilinən və 18 il azadlıqdan məhrum edilən Urfan Məmmədovun ittiham olunduğu maddələr üzrə cinayət işinə xitam verilib. Ali Məhkəmə onu yalnız Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirli bilib. Yekunda U.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, U.Məmmədov Yunis Səfərovla birlikdə ittiham olunurdu. Yunis Səfərova ömürlük, digərlərinə isə 18-20 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Sözügedən hadisə ilə bağlı saxlanılmış Oqtay Hüseynzadə Abbas Abbasovun da cəzası azaldılıb. Belə ki, O.Hüseynzadənin cəzası 18 ildən 10 ilə, Abbas Abbasovun cəzası 9 ildən 7 ilə endirilib. Təqsirləndirilən şəxslərdən Ali Məhkəməyə kassasiya şikayəti vermiş daha iki nəfərin - Elşən Məmmədov Rauf Bayramovun şikayəti isə təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə E.Məmmədov 7, Bayramov isə 9 il azadlıqdan məhrum edilib. Yuxarı instansiya məhkəmələri də bu hökmü qüvvədə saxlayıb.
Onu da bildirək ki, sözügedən şəxslər Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunublar. Elmar Vəliyevə qarşı sui-qəsd terror aktı kimi qiymətləndirilib. Hadisəni törədən şəxs – Yunis Səfərov isə bildirib ki, icra başçısı əhaliyə zülm elədiyinə və yuxarı dövlət orqanları onunla bağlı şikayətlərə baxmadığına görə ondan qisas almaq məqsədilə E.Vəliyevə sui-qəsd edib.
Eləcə də oxuyun:
* Xidmət rəisi 6 milyon manatı dövlətə qaytardı
* Baş Prokurorluq on yaşlı Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara cavab verdi
* Bakıda gəlinini öldürərək meyitini doğrayan şəxsə hökm oxunub
* Vilyam Hacıyev reanimasiyaya yerləşdirilib
Xəbər lenti
0