https://sputnik.az/20211022/xidmet-reisi-6-milyon-manati-dovlete-qaytardi-434487543.html
Xidmət rəisi 6 milyon manatı dövlətə qaytardı
Xidmət rəisi 6 milyon manatı dövlətə qaytardı
Sputnik Azərbaycan
Prosesdə şahidlərin ifadəsi elan edilib. Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir neçə sənəd elan edilib, müzakirəyə çıxarılıb. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T15:50+0400
2021-10-22T15:50+0400
2021-10-22T15:58+0400
cinayət işi
rəis
mədəni irs
mədəniyyət nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 22 oktyabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, dindirilməmiş 3 şahid qalıb.Həmin şahidlərdən biri ağır xəstə olduğu üçün məhkəməyə gəlmir. Digər iki şahid isə ölkə xaricindədir.Prosesdə şahidlərin ifadəsi elan edilib. Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir neçə sənəd elan edilib, müzakirəyə çıxarılıb.Növbəti məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başa çatacaq və dövlət ittihamçısı Zakir Sultanova cəza istəyəcək. Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə günahlandırılır. Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, Zakir Sultanov İttihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
cinayət işi, rəis, mədəni irs, mədəniyyət nazirliyi
cinayət işi, rəis, mədəni irs, mədəniyyət nazirliyi
Xidmət rəisi 6 milyon manatı dövlətə qaytardı
15:50 22.10.2021 (Yenilənib: 15:58 22.10.2021) Prosesdə şahidlərin ifadəsi elan edilib. Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir neçə sənəd elan edilib, müzakirəyə çıxarılıb.
BAKI, 22 oktyabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi
Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, dindirilməmiş 3 şahid qalıb.
Həmin şahidlərdən biri ağır xəstə olduğu üçün məhkəməyə gəlmir. Digər iki şahid isə ölkə xaricindədir.
Prosesdə şahidlərin ifadəsi elan edilib. Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir neçə sənəd elan edilib, müzakirəyə çıxarılıb.
Növbəti məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başa çatacaq və dövlət ittihamçısı Zakir Sultanova cəza istəyəcək. Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.
Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə günahlandırılır. Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, Zakir Sultanov İttihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.