https://sputnik.az/20240329/azerbaycanin-xurma-ixraci-keskin-artib---fermerlerin-mehsul-istehsalina-maragi-yukselir-463561060.html
Azərbaycanın xurma ixracı kəskin artıb - Fermerlərin məhsul istehsalına marağı yüksəlir
Azərbaycanın xurma ixracı kəskin artıb - Fermerlərin məhsul istehsalına marağı yüksəlir
Sputnik Azərbaycan
Ekspert bildirib ki, beş il bundan öncə xurma istehsalına maraq çox azalmışdı və fermerlər hətta xurma bağlarını məhv edirdilər. Son dövrlərdə isə fermerlər... 29.03.2024, Sputnik Azərbaycan
2024-03-29T09:18+0400
2024-03-29T09:18+0400
2024-03-29T09:18+0400
xurma
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
azərbaycan
ixrac
rusiya
https://cdnn1.img.sputnik.az/img/42246/54/422465466_0:0:3077:1731_1920x0_80_0_0_c0be67e9c39b40d8cc297fd3a0f78f0a.jpg
BAKI, 29 mart — Sputnik. Bu il Azərbaycanın təzə xurma ixracı kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 26,3 milyon dollar dəyərində 33331 ton təzə xurma ixrac olunub. Təzə xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 81%, miqdar ifadəsində 67% artıb. 1 kq təzə xurma 1,35 manata ixrac edilib Bu ilin yanvar-fevral aylarında 1 kiloqram (kq) xurmanın orta ixrac qiyməti 0,79 dollar və ya 1,35 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il xurmanın 1 kq-nın orta ixrac qiyməti 9% artıb. Bu da xurma ixracından gəlirlərin artdığını göstərir. Qeyd edək ki, xurma Azərbaycanın ən çox ixrac edilən kənd təsərrüfatı məhsulları sırasındadır. Xurma meyvələrindən müxtəlif cemlər, mürəbbə, spirtli içkilər və s. hazırlanır. Ekspert: "Azərbaycanda xurma istehsalına maraq artıb" Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək:Ekspert onu da əlavə edib ki, Azərbaycanın yaş xurma ixracında əsas bazarı Rusiyadır. Keçən il xurma ixracının 89%-i Rusiyanın payına düşüb Qeyd edək ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrə, əsasən də Rusiyaya xurma ixrac edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycan 127,2 milyon dollar dəyərində 165 min ton təzə xurma ixrac edib ki, bu da 2022-ci illə müqayisədə dəyər ifadəsində 39%, miqdar ifadəsində 11,7% çoxdur.Xurmanın əsas ixrac bazarı Rusiya olub. Belə ki, 2023-cü ildə Azərbaycanın cəmi təzə xurma ixracının 89%-i Rusiyanın payına düşüb. Ötən il 2022-ci illə müqayisədə Azərbaycandan Rusiya və Qazaxıstana xurma ixracı artıb, Belarusa isə ixrac azalıb. Keçən il Azərbaycan Belarusa 918 ton, Qazaxıstana 690 ton təzə xurma ixrac edib.
https://sputnik.az/20230404/azerbaycanin-xurma-ixraci-azalir---en-cox-rusiyaya-mehsul-gonderilib-453337639.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42246/54/422465466_348:0:3077:2047_1920x0_80_0_0_7482bd3de9c46fa11017707f3ca0d5dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xurma, avrasiya iqtisadi ittifaqı, azərbaycan, ixrac, rusiya
xurma, avrasiya iqtisadi ittifaqı, azərbaycan, ixrac, rusiya
Azərbaycanın xurma ixracı kəskin artıb - Fermerlərin məhsul istehsalına marağı yüksəlir
Ekspert bildirib ki, beş il bundan öncə xurma istehsalına maraq çox azalmışdı və fermerlər hətta xurma bağlarını məhv edirdilər. Son dövrlərdə isə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar.
BAKI, 29 mart — Sputnik. Bu il Azərbaycanın təzə xurma ixracı kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 26,3 milyon dollar dəyərində 33331 ton təzə xurma ixrac olunub. Təzə xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 81%, miqdar ifadəsində 67% artıb.
1 kq təzə xurma 1,35 manata ixrac edilib
Bu ilin yanvar-fevral aylarında 1 kiloqram (kq) xurmanın orta ixrac qiyməti 0,79 dollar və ya 1,35 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il xurmanın 1 kq-nın orta ixrac qiyməti 9% artıb. Bu da xurma ixracından gəlirlərin artdığını göstərir.
Qeyd edək ki, xurma Azərbaycanın ən çox ixrac edilən kənd təsərrüfatı məhsulları sırasındadır. Xurma meyvələrindən müxtəlif cemlər, mürəbbə, spirtli içkilər və s. hazırlanır.
Ekspert: "Azərbaycanda xurma istehsalına maraq artıb"
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək:
"Azərbaycanda əsasən aran rayonlarında yeni intensiv xurma bağları salınıb. Beş il bundan öncə xurma istehsalına maraq çox azalmışdı və fermerlər hətta xurma bağlarını məhv edirdilər. Son dövrlərdə isə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar. Xurma istehsalına marağın artması ixraca da təsir göstərir. Nəticədə xurma ixracından gəlirlər artır. Son illər xurma qurusunun ixracı da xeyli artıb".
Ekspert onu da əlavə edib ki, Azərbaycanın yaş xurma ixracında əsas bazarı Rusiyadır.
Keçən il xurma ixracının 89%-i Rusiyanın payına düşüb
Qeyd edək ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrə, əsasən də Rusiyaya xurma ixrac edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycan 127,2 milyon dollar dəyərində 165 min ton təzə xurma ixrac edib ki, bu da 2022-ci illə müqayisədə dəyər ifadəsində 39%, miqdar ifadəsində 11,7% çoxdur.
Xurmanın əsas ixrac bazarı Rusiya olub. Belə ki, 2023-cü ildə Azərbaycanın cəmi təzə xurma ixracının 89%-i Rusiyanın payına düşüb. Ötən il 2022-ci illə müqayisədə Azərbaycandan Rusiya və Qazaxıstana xurma ixracı artıb, Belarusa isə ixrac azalıb. Keçən il Azərbaycan Belarusa 918 ton, Qazaxıstana 690 ton təzə xurma ixrac edib.