https://sputnik.az/20230404/azerbaycanin-xurma-ixraci-azalir---en-cox-rusiyaya-mehsul-gonderilib-453337639.html
Azərbaycanın xurma ixracı azalır - Ən çox Rusiyaya məhsul göndərilib
Azərbaycanın xurma ixracı azalır - Ən çox Rusiyaya məhsul göndərilib
Sputnik Azərbaycan
Bu ilin 2 ayında bir ton xurmanın orta ixrac qiyməti 728 dollar olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.7% azdır. Ekspertin sözlərinə görə, yaş... 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T09:01+0400
2023-04-04T09:01+0400
2023-04-04T09:01+0400
xurma
iqtisadiyyat
rusiya
ixrac
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/08/434986787_0:103:2000:1228_1920x0_80_0_0_7b0931ab4766430a63dd448611a9580a.jpg
BAKI, 4 aprel — Sputnik. Azərbaycanın təzə xurma ixracı azalır. Bu il də ən çox Rusiyaya məhsul göndərilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin yanvar-fevral aylarında 14,5 milyon dollar dəyərində 20 min ton təzə xurma ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 46.3%, həcm baxımından isə 44.3% azdır. Azərbaycanın ixrac etdiyi təzə xurma ucuzlaşıb. Cari ilin 2 ayında bir ton xurmanın orta ixrac qiyməti 728 dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.7% azdır. 2022-ci ilin eyni dövründə bir ton xurmanın orta ixrac qiyməti 756 dollar idi. Azalma ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, ixracyönümlü məhsullar ilə bağlı əsas problem bazarların azalmasıdır:"Azərbaycanın yaş xurma ixracında əsas bazarı Rusiya və Ukraynadır. Lakin Ukrayna bazarı demək olar ki, yox olub. Digər tərəfdən, yaş xurmanı soyuducu anbarlarda saxlamaq sərf etmir, çünki daha baha başa gəlir. Lakin gilası, almanı soyuducu anbarlarda bir müddət saxlayıb sonra satmaq sərfəlidir. Bu da xurma ixracının azalmasına təsir edib". "Hazır məhsul bağdan çıxıb birbaşa ixraca getsə, gəlir gətirir" O qeyd edib ki, bölgədə yaş xurmanın əsasən Azərbaycanda olması ölkəmizin xurma ixracında üstünlüyüdür.Təkcə yanvarda xurma ixracının 92,2%-i Rusiyanın payına düşüb Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2023-cü ilin yanvar ayında cəmi 10 milyon 813 min dollar dəyərində 14.1 min ton xurma ixrac olunub. Bunun da 13 min tonu və ya 10 milyon 325 min dolları Rusiyanın payına düşüb. Başqa sözlə, təkcə yanvarda cəmi xurma ixracının 92,2%-i Rusiyanın payına düşüb. Yanvar ayında ixracda sonrakı yerlərdə isə Ukrayna (950 ton), Qazaxıstan (75 ton) və Belarus (74 ton) gəlir. Ötən il xurma ixracı azalıb 2022-ci ildə Azərbaycandan 113 milyon 371 min dollar dəyərində 147 min 632 ton xurma ixrac edilib. 2021-ci ildə isə Azərbaycandan 125 milyon 895 min dollar dəyərində 174 min 158 ton xurma ixrac olunmuşdu. Beləliklə, xurma ixracı dəyər ifadəsində 10%, miqdar ifadəsində 15.2% azalıb. 2021-ci ildə Azərbaycanda xurma bağlarının sahəsi 13.1 min hektar olub. Belə ki, xurma bağlarının sahəsi 2015-ci ilə nisbətən 20.2%, 2020-ci ilə nisbətən isə 3.2% çox olub. 2021-ci ildə ölkədə xurma istehsalı 2015-ci ilə nisbətən 31.3%, 2020-ci ilə nisbətən isə 3.9% artaraq 192.5 min ton olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/08/434986787_114:0:1887:1330_1920x0_80_0_0_82af7506cb0aa71f1634e0e5458ab012.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xurma, rusiya, ixrac, azərbaycan
xurma, rusiya, ixrac, azərbaycan
Azərbaycanın xurma ixracı azalır - Ən çox Rusiyaya məhsul göndərilib
Bu ilin 2 ayında bir ton xurmanın orta ixrac qiyməti 728 dollar olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.7% azdır. Ekspertin sözlərinə görə, yaş xurmanı soyuducu anbarlarda saxlamaq sərf etmir, çünki daha baha başa gəlir.
BAKI, 4 aprel — Sputnik. Azərbaycanın təzə xurma ixracı azalır. Bu il də ən çox Rusiyaya məhsul göndərilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin yanvar-fevral aylarında 14,5 milyon dollar dəyərində 20 min ton təzə xurma ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 46.3%, həcm baxımından isə 44.3% azdır.
Azərbaycanın ixrac etdiyi təzə xurma ucuzlaşıb. Cari ilin 2 ayında bir ton xurmanın orta ixrac qiyməti 728 dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.7% azdır. 2022-ci ilin eyni dövründə bir ton xurmanın orta ixrac qiyməti 756 dollar idi.
Azalma ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, ixracyönümlü məhsullar ilə bağlı əsas problem bazarların azalmasıdır:
"Azərbaycanın yaş xurma ixracında əsas bazarı Rusiya və Ukraynadır. Lakin Ukrayna bazarı demək olar ki, yox olub. Digər tərəfdən, yaş xurmanı soyuducu anbarlarda saxlamaq sərf etmir, çünki daha baha başa gəlir. Lakin gilası, almanı soyuducu anbarlarda bir müddət saxlayıb sonra satmaq sərfəlidir. Bu da xurma ixracının azalmasına təsir edib".
"Hazır məhsul bağdan çıxıb birbaşa ixraca getsə, gəlir gətirir"
O qeyd edib ki, bölgədə yaş xurmanın əsasən Azərbaycanda olması ölkəmizin xurma ixracında üstünlüyüdür.
"Yəni məhsul sadəcə bizdədir, lakin xurmanın saxlanması çox xərc tələb edir. Bazarda sabitlik bir az pozulan kimi artıq xurma satışında problem yaranır. Başqa sözlə, hazır məhsul bağdan çıxıb birbaşa ixraca getsə, problem olmur və gəlir gətirir. Amma bu məhsul soyuducuda saxlansa, sərf etmir. Məsələn, almanı evdə azı 10-15 gün saxlamaq mümkündür, amma xurma tez xarab olur, belə saxlamaq olmur", - deyə ekspert bildirib.
Təkcə yanvarda xurma ixracının 92,2%-i Rusiyanın payına düşüb
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2023-cü ilin yanvar ayında cəmi 10 milyon 813 min dollar dəyərində 14.1 min ton xurma ixrac olunub. Bunun da 13 min tonu və ya 10 milyon 325 min dolları Rusiyanın payına düşüb. Başqa sözlə, təkcə yanvarda cəmi xurma ixracının 92,2%-i Rusiyanın payına düşüb. Yanvar ayında ixracda sonrakı yerlərdə isə Ukrayna (950 ton), Qazaxıstan (75 ton) və Belarus (74 ton) gəlir.
Ötən il xurma ixracı azalıb
2022-ci ildə Azərbaycandan 113 milyon 371 min dollar dəyərində 147 min 632 ton xurma ixrac edilib. 2021-ci ildə isə Azərbaycandan 125 milyon 895 min dollar dəyərində 174 min 158 ton xurma ixrac olunmuşdu. Beləliklə, xurma ixracı dəyər ifadəsində 10%, miqdar ifadəsində 15.2% azalıb.
2021-ci ildə Azərbaycanda xurma bağlarının sahəsi 13.1 min hektar olub. Belə ki, xurma bağlarının sahəsi 2015-ci ilə nisbətən 20.2%, 2020-ci ilə nisbətən isə 3.2% çox olub. 2021-ci ildə ölkədə xurma istehsalı 2015-ci ilə nisbətən 31.3%, 2020-ci ilə nisbətən isə 3.9% artaraq 192.5 min ton olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.