Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA "Qarabağ" klubunu cərimələyib

© Sputnik / Murad Orujov"Qarabağ" - "Bayer" matçında oyun epizodu.
Qarabağ - Bayer matçında oyun epizodu. - Sputnik Azərbaycan, 1920, 26.03.2024
Abunə olmaq
Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər.
BAKI, 26 mart - Sputnik. UEFA "Qarabağ" klubunu 45750 avro cərimələyib.
"Report"un xəbərinə görə, qurum Bakıda Portuqaliyanın "Braqa" və Almaniyanın "Bayer 04" komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.
"Köhlən atlar" "Braqa"ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək.
Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. "Qarabağ" bu səbəbdən 2750 avro ziyana düşüb.
07.03.24
Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu 2:2 hesabı ilə başa çatıb. Oyunda hesabı 26-cı dəqiqədə "Qarabağ"ın oyunçusu Yassin Benzia açıb.
Oyunun ilk yarısına əlavə edilmiş 2-ci dəqiqədə Olavio Juninyo "Qarabağ"ın qol sayını 2-yə çatdırıb.
Fasilədən sonra "Bayer 04" oyuna sürətli başlayıb. 70-ci dəqiqədə Florian Virts komandasının ilk, oyunun 3-cü qolunu vurub. Oyunun 90+2-ci dəqiqəsində "Bayer 04"ün oyunçusu Patrik Şik hesabı bərabərləşdirib - 2:2.
Bununla da Almaniya təmsilçisi 34 oyunluq məğlubiyyətsizlik seriyasının qırlmasına son anda imkan verməyib.
Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində olacaq
***
Oyunun 90+2-ci dəqiqəsində rəqib komanda "Qarabağ"ın qapısına ikinci qolunu vurub. Rəqib komandanın oyunçusu Patrik Şik hesabı bərabərləşdirib.
Beləliklə, "Qarabağ" - "Bayer 04" matçında hesab 2:2-dir.
***
Oyunun 70-ci dəqiqəsində rəqib komanda "Qarabağ"ın qapısına qol vurub. "Bayer 04"ün oyunçusu Florian Virts vurduğu qolla hesab arasındakı fərqi azaldıb.
Beləliklə, "Qarabağ" - "Bayer 04" matçında hesab 2:1 olub. "Qarabağ" irəlidədir.
***
"Qarabağ" və Almaniyanın "Bayer 04" matçında ikinci qol vurulub. İkinci qolun müəllifi Olavio Juninyo olub.
O, oyunun ilk 45 dəqiqəsinə əlavə edilmiş 2-ci dəqiqədə qapıçı ilə təkbətək oyunda matçın 2-ci qolunu vurub.
Beləliklə, "Qarabağ" fasiləyə hesabda 2:0 üstünlüyü ilə ayrılıb.
***
"Qarabağ" və Almaniyanın "Bayer 04" matçında hesab açılıb. İlk qolun müəllifi Yassin Benzia olub. O, oyunun 26-cı dəqiqəsində "Bayer 04"-ün qapısına zərbə vurub.
Beləliklə, "Qarabağ" oyunda 1:0 hesabı ilə irəli çıxıb.
***
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.
Görüşün baş hakimi fransalı Benua Bastyendir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində olacaq.
***
Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın "Bayer 04" klubunun start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
"Qarabağ": Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Patrik Andrade, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
Baş məşqçi: Qurban Qurbanov
"Bayer 04": Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli, Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.
Baş məşqçi: Xabi Alonso
Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.
Xəbər lenti
0