Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün “FIFA series – Edition 2024” çərçivəsində Azərbaycan–Bolqarıstan matçı keçiriləcək

© Official website of President of Azerbaijan RepublicTofiq Bəhramov adına Respublika Stadionu
Tofiq Bəhramov adına Respublika Stadionu - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Tanzaniya və Monqolstan komandaları arasında oyun bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
BAKI, 25 mart - Sputnik. Bu gün “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycanın futbol üzrə milli komandası Bolqarıstan yığması ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. Oyunun baş hakimi Kristo Tohver (Estoniya), onun köməkçiləri isə Sander Saqa, Sten Klaasen (hər ikisi Estoniya), dördüncü hakim İnqilab Məmmədovdur.
Layihə çərçivəsində Tanzaniya və Monqolstan milliləri arasında oyun isə bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan yığması Monqolustan seçməsini 1:0, Bolqarıstan isə Tanzaniyanı eyni hesabla məğlub edib.
25 mart
17:00. Tanzaniya – Monqolustan
“Liv Bona Dea Arena”.
Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Rəşad Əhmədov.
25 mart
20:00. Azərbaycan – Bolqarıstan
Baş hakim: Kristo Tohver (Estoniya).
Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya).
Dördüncü hakim: İnqilab Məmmədov.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0