https://sputnik.az/20240325/azerbaycanin-cudoculari-beynelxalq-turnirde-4-qizil-medal-qazaniblar-463498351.html
Azərbaycanın cüdoçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
Azərbaycanın cüdoçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
Sputnik Azərbaycan
İdmançılarımız medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar. 25.03.2024, Sputnik Azərbaycan
2024-03-25T18:51+0400
2024-03-25T18:51+0400
2024-03-25T18:51+0400
idman
cüdo
qızıl
medal
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/03/19/463498168_0:0:922:520_1920x0_80_0_0_89b56f8b3be06e8225dbefb682434e22.jpg
BAKI, 25 mart - Sputnik. Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq "Masters" turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb. Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançılarımız 4 qızıl və 3 bürünc mükafat əldə edərək medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar.Məhəmməd Musayev (66 kiloqram), Süleyman Əliyev (73 kiloqram), Aslan Kotsoyev (90 kiloqram) və Kənan Nəsibov (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Babarəhim Mirzəyev (60 kiloqram), İslam Rəhimov (66 kiloqram) və Tuncay Şamil (90 kiloqram) isə üçüncü yeri tutublar.Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il də Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda 1-ci yeri tutmuşdular.Qeyd edək ki, "Masters" turnirinin keçmiş qalibləri arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/19/463498168_0:0:840:630_1920x0_80_0_0_a2988a92cbef52bd9d8aface8e8ac216.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cüdo, qızıl, medal, azərbaycan
cüdo, qızıl, medal, azərbaycan
Azərbaycanın cüdoçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
İdmançılarımız medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar.
BAKI, 25 mart - Sputnik. Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq "Masters" turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb. Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançılarımız 4 qızıl və 3 bürünc mükafat əldə edərək medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar.
Məhəmməd Musayev (66 kiloqram), Süleyman Əliyev (73 kiloqram), Aslan Kotsoyev (90 kiloqram) və Kənan Nəsibov (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Babarəhim Mirzəyev (60 kiloqram), İslam Rəhimov (66 kiloqram) və Tuncay Şamil (90 kiloqram) isə üçüncü yeri tutublar.
Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il də Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda 1-ci yeri tutmuşdular.
Qeyd edək ki, "Masters" turnirinin keçmiş qalibləri arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.