Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan və Bolqarıstan komandaları yaşıl meydandan sülh ilə ayrılıblar - 1:1

© AFP 2023 / YASIN AKGULFutbol, arxiv
Futbol, arxiv - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Azərbaycan millisi ilk matçında Monqolustan komandasına 1:0 hesabı ilə qalib gəlib.
BAKI, 25 mart - Sputnik. Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib. Yığmamız Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.
Oyunun 59-cu dəqiqəsində qonaqların heyətində Filip Krastev hesabı açıb, 87-ci dəqiqədə isə Musa Qurbanlı tarazlığı bərpa edib.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustan yığmasına, Bolqarıstan komandası isə Tanzaniya seçməsinə 1:0 hesabı ilə qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0