Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan gimnastları Qazaxıstanda komanda hesabında birinci olub

© Photo : AZERTAGAzərbayan gimnastları Qazaxıstanda qızıl medal qazanıblar
Azərbayan gimnastları Qazaxıstanda qızıl medal qazanıblar - Sputnik Azərbaycan, 1920, 23.03.2024
Abunə olmaq
Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev isə bürünc medal qazanıblar
BAKI, 23 mart - Sputnik. Azərbaycan gimnastları Qazaxıstanın Almatı şəhərində tamblinq üzrə keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından Azərbaycan Dövlət İnformasiya Agentliyinə verilən məlumata görə, Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev isə bürünc medal qazanıblar.
© Photo : AZERTAGAzərbayan gimnastları Qazaxıstanda qızıl medal qazanıblar
Azərbayan gimnastları Qazaxıstanda qızıl medal qazanıblar - Sputnik Azərbaycan, 1920, 23.03.2024
Azərbayan gimnastları Qazaxıstanda qızıl medal qazanıblar
Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadədən ibarət gimnastlarımız komanda hesabında birinci yeri tutublar.
Tamblinq Batut gimnastikasının bir hissəsidir və bu idman növünə akrobatika cığırında (tamblinq) hərəkətlər aiddir.
Tamblinq üzrə çıxışlar 1965-ci Dünya Çempionatının proqramına daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0