Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisi ilin ilk oyununda Monqolustana qalib gəlib

© AP Photo / Peter MorrisonAzərbaycan millisinin futbolçuları
Azərbaycan millisinin futbolçuları - Sputnik Azərbaycan, 1920, 22.03.2024
Abunə olmaq
Yığma komanda “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.
BAKI, 22 mart - Sputnik. Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.
Yığma komanda “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.
Xəbər lenti
0