https://sputnik.az/20240316/hicran-huseynova-rusiyadaki-prezident-seckileri-cox-demokratik-formada-kecir-463307369.html
Hicran Hüseynova: Rusiyadakı prezident seçkiləri çox demokratik formada keçir
Hicran Hüseynova: Rusiyadakı prezident seçkiləri çox demokratik formada keçir
Sputnik Azərbaycan
Hüseynova qeyd edib ki, Rusiyaya bu seçkilərdə bir çox ölkələrdən nümayəndələr gəlib. 16.03.2024, Sputnik Azərbaycan
2024-03-16T19:59+0400
2024-03-16T19:59+0400
2024-03-16T22:03+0400
hicran hüseynova
prezident seçkiləri
milli məclis
müşahidəçi
müşahidə
rusiyada prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/42323/25/423232582_0:0:3082:1734_1920x0_80_0_0_bb3ab8e9b944da8ec79f481f41cd9bd0.jpg
BAKI, 16 mart — Sputnik. Seçkilər çox yaxşı səviyyədə, demokratik şəraitdə təşkil olunub, sakit keçir. "Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Rusiyadakı keçirilən prezident seçkilərilə bağlı jurnalistlərlə danışarkən deyib. Onun sözlərinə görə, maraqlı bir neçə yenilik var: "Məsələn, hələ pandemiya dövründə Rusiya elektron formatı yaratmışdı. İndi bu formatın səmərəsini nəzərə alaraq prezient seçkilərində də tətbiq edirlər və yaxşı nəticə verir. Biz bir neçə məntəqədə olmuşuq. İnsanların fəallığı yüksəkdir, heç kimə təzyiq yoxdur. Bir neçə məntəqədə müxalifət problemlər yaradıb. Ancaq bu hadisələr də təmkinlə yola verilib". H.Hüseynova qeyd edib ki, Rusiyaya bu seçkilərdə bir çox ölkələrdən nümayəndələr gəlib. Onun sözlərinə görə, hamıya, xüsusilə də Azərbaycan nümayəndə heyətinə diqqət ayrılır: "Bu da təbiidir. Azərbaycan ilə Rusiya arasında, ölkələrimizin prezidentləri arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nümayəndə heyətinə olan xüsusi diqqət və qayğı bir daha göstərir ki, ölkəmiz dünya arenasında nüfuza malikdir". Azərbaycan nümayəndə heyəti bir neçə məntəqədə olacaq. Martın 18-də Dövlət Dumasının komitə sədrləri ilə görüşlər nəzərdə tutulub.Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
https://sputnik.az/20240316/hicran-huseynova-rusiya-liberal-demokratlarinin-secki-qerargahini-ziyaret-edib-463311087.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42323/25/423232582_233:0:2964:2048_1920x0_80_0_0_0e6772c78d1e7da6591f8d5dc2cfb5e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hicran hüseynova, prezident seçkiləri, milli məclis, müşahidəçi, müşahidə
hicran hüseynova, prezident seçkiləri, milli məclis, müşahidəçi, müşahidə
Hicran Hüseynova: Rusiyadakı prezident seçkiləri çox demokratik formada keçir
19:59 16.03.2024 (Yenilənib: 22:03 16.03.2024) Hüseynova qeyd edib ki, Rusiyaya bu seçkilərdə bir çox ölkələrdən nümayəndələr gəlib.
BAKI, 16 mart — Sputnik. Seçkilər çox yaxşı səviyyədə, demokratik şəraitdə təşkil olunub, sakit keçir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Rusiyadakı keçirilən prezident seçkilərilə bağlı jurnalistlərlə danışarkən deyib.
Onun sözlərinə görə, maraqlı bir neçə yenilik var:
"Məsələn, hələ pandemiya dövründə Rusiya elektron formatı yaratmışdı. İndi bu formatın səmərəsini nəzərə alaraq prezient seçkilərində də tətbiq edirlər və yaxşı nəticə verir. Biz bir neçə məntəqədə olmuşuq. İnsanların fəallığı yüksəkdir, heç kimə təzyiq yoxdur. Bir neçə məntəqədə müxalifət problemlər yaradıb. Ancaq bu hadisələr də təmkinlə yola verilib".
H.Hüseynova qeyd edib ki, Rusiyaya bu seçkilərdə bir çox ölkələrdən nümayəndələr gəlib. Onun sözlərinə görə, hamıya, xüsusilə də Azərbaycan nümayəndə heyətinə diqqət ayrılır:
"Bu da təbiidir. Azərbaycan ilə Rusiya arasında, ölkələrimizin prezidentləri arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nümayəndə heyətinə olan xüsusi diqqət və qayğı bir daha göstərir ki, ölkəmiz dünya arenasında nüfuza malikdir".
Azərbaycan nümayəndə heyəti bir neçə məntəqədə olacaq. Martın 18-də Dövlət Dumasının komitə sədrləri ilə görüşlər nəzərdə tutulub.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.