https://sputnik.az/20240316/hicran-huseynova-rusiya-liberal-demokratlarinin-secki-qerargahini-ziyaret-edib-463311087.html
Hicran Hüseynova Rusiya liberal-demokratlarının seçki qərargahını ziyarət edib
Hicran Hüseynova Rusiya liberal-demokratlarının seçki qərargahını ziyarət edib
Sputnik Azərbaycan
Müşahidəçiləri qərargahda LDPR-in üzvü Viktor But qarşılayıb. 16.03.2024, Sputnik Azərbaycan
2024-03-16T23:53+0400
2024-03-16T23:53+0400
2024-03-16T23:53+0400
rusiyada prezident seçkiləri
hicran hüseynova
hicran hüseynova
hicran kamran qızı hüseynova
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0f/463291810_0:160:3074:1889_1920x0_80_0_0_c0d72b2211c009d97b554113203e9b88.jpg
BAKI, 16 mart — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının (LDPR) seçki müşahidə qərargahına İndoneziya və Azərbaycandan olan beynəlxalq müşahidəçilər baş çəkib. Bu barədə RİA Novosti xəbər verir. Qərargahı digərləri ilə yanaşı İndoneziya Respublikası Xalq Nümayəndələri Şurasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Zon Fadli və Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da ziyarət ediblər. Bu barədə RİA Novosti-yə partiyanın mətbuat xidmətindən məlumat verilib. Müşahidəçiləri qərargahda LDPR-in üzvü Viktor But qarşılayıb.Qeyd edək ki, Rusiya prezident seçkilərini müşahidə edən Azərbaycan nümayəndə heyəti bir neçə məntəqədə olacaq. Martın 18-də Dövlət Dumasının komitə sədrləri ilə görüşlər nəzərdə tutulub.Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
https://sputnik.az/20240316/rusiya-xarici-sler-nazirliyi-britaniyani-hedeleyib-463308576.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0f/463291810_172:0:2903:2048_1920x0_80_0_0_9ff1f468ee524d90fc291fcfa0e1685b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hicran hüseynova, hicran hüseynova, hicran kamran qızı hüseynova
hicran hüseynova, hicran hüseynova, hicran kamran qızı hüseynova
Hicran Hüseynova Rusiya liberal-demokratlarının seçki qərargahını ziyarət edib
Müşahidəçiləri qərargahda LDPR-in üzvü Viktor But qarşılayıb.
BAKI, 16 mart — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının (LDPR) seçki müşahidə qərargahına İndoneziya və Azərbaycandan olan beynəlxalq müşahidəçilər baş çəkib. Bu barədə RİA Novosti xəbər verir.
Qərargahı digərləri ilə yanaşı İndoneziya Respublikası Xalq Nümayəndələri Şurasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Zon Fadli və Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da ziyarət ediblər. Bu barədə RİA Novosti-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Müşahidəçiləri qərargahda LDPR-in üzvü Viktor But qarşılayıb.
Qeyd edək ki, Rusiya prezident seçkilərini müşahidə edən Azərbaycan nümayəndə heyəti bir neçə məntəqədə olacaq. Martın 18-də Dövlət Dumasının komitə sədrləri ilə görüşlər nəzərdə tutulub.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.