Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Bakıda bəyannamə imzalayıblar

© Photo : REPORT Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında
 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Bakı, Ankara və Tbilisi regional təhlükəsizlik və iqtisadi tərəfdaşlığı gücləndirmək niyyətindədirlər.
BAKI, 15 mart — Sputnik. Bakıda Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan İlya Darçiaşvilinin 9-cu üçtərəfli görüşü keçirilib, görüşdə ölkələr arasında əməkdaşlıq məsələləri və üçtərəfli regional əməkdaşlıq formatı çərçivəsində bu əlaqələrin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub. Danışıqlar nəticəsində Bakı Bəyannaməsi imzalanıb və əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutulan istiqamətlər açıqlanıb. Bu görüş Cənubi Qafqaz ölkələrinin müstəqilliklərinin ilk illərindən əsası qoyulan və birgə fəaliyyətin bütün yeni sahələrini əhatə etməklə uğurla inkişaf edən əməkdaşlıq formatının uğurunu bir daha göstərdi.
Üçtərəfli əməkdaşlıq formatının yaranma tarixi
Təcrübə göstərir ki, istənilən dövlətlərarası əməkdaşlıq o zaman səmərəli və uzunmüddətli olur ki, onu qarşılıqlı maraqlar və tarixi zərurət diktə etsin. Bu şərtlər Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı münasibətlərə tam uyğundur. Tarixən bu üç ölkə qonşuluq imkanlarını qarşılıqlı surətdə tamamlayıb və bununla da üçtərəfli əməkdaşlığın əsası qoyulub.
Qonşular arasında strateji əməkdaşlığın ilk konturları Bakıda "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulub ki, bu da Azərbaycanın neft və qaz yataqları "Azəri-Çıraq-Günəşli"nin işlənilməsini və hasil edilən neftin Gürcüstan və Türkiyə əraziləri vasitəsilə Aralıq dənizi sahillərinə nəqlinin təşkilini nəzərdə tutur. Bu baxımdan həyata keçirilməsi qeyri-mümkün görünən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi layihəsi hazırlandı. O vaxt bədxahlar çox idi və layihənin dəyəri çox yüksək idi. Bununla belə, üç ölkənin liderləri onun həyata keçirilməsinə təşəbbüs göstərdilər ki, bu da uzunmüddətli birgə iqtisadi layihələrin əsasını qoydu və bir çox sahələrdə əməkdaşlığın inkişafını təmin etdi.
© Photo : REPORT Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında
 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında
İkitərəfli münasibətlərin inkişafının əsasını onun davamlılığını və perspektivlərini təmin edən əməkdaşlığın inkişafına tərəflərin iqtisadi marağı dayanırdı. Hər tərəf bu məsələyə öz töhfəsini verdi. Xüsusilə, birinci birgə layihədə Azərbaycan tranzit üçün lazım olan xam nefti təmin etmiş, Ermənistandan yan keçmək baxımından Gürcüstan və Türkiyənin mövcud logistika marşrutları zəruri olan əsas tranzit ərazi kimi çıxış etmişdir. Bu ərazilər tranzit imkanları ilə yanaşı, öz liman və ticarət xidmətlərini təqdim ediblə. Burada qeyd etmək lazımdır ki, paralel olaraq bu layihə Gürcüstan və Türkiyənin xam neftə olan tələbatını ödəmək üçün nəzərdə tutulub.
2006-cı ilin iyununda istifadəyə verilən və uzunluğu 1768 km olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi layihəsinin həyata keçirilməsi neft kəməri infrastrukturunun mühafizəsi ilə bağlı təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına təkan verib. Buna 2007-ci ildə rəsmən istifadəyə verilən BTC-yə paralel Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi kömək etdi.
Boru kəmərinin mühafizəsi məsələsi dərhal aktuallaşdı. Və əvvəlcə hər bir tərəf bu vəzifəni müstəqil şəkildə yerinə yetirsə də, paralel olaraq tərəflər bir çox məsələlərin əlaqələndirilməsini tələb edən infrastrukturun birgə mühafizəsi layihəsini hazırlamağa başladılar. Bir neçə ildən sonra, 2014-cü ildə üç ölkənin nümayəndələri Cənub Qaz Dəhlizinin və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsi üzrə beynəlxalq qərargahın yaradılması planını həyata keçirməyə başladılar və bu plan uğurla həyata keçirilir.
Beləliklə, ölkələr arasında iqtisadi əməkdaşlıq hərbçilər arasında təmasların qurulmasına gətirib çıxardı ki, bu da güclü siyasi əməkdaşlıq əlaqələrinin qurulmasını zəruri edir. Bu işin nəticəsi Bakı-Ankara-Tbilisi strateji tərəfdaşlığının yaradılması oldu ki, biz bunu hazırda müşahidə edirik. Mühüm beynəlxalq məsələlər üzrə birgə hərbi təlimlərin və siyasi məsləhətləşmələrin keçirilməsi artıq üç qonşu ölkənin birgə fəaliyyətinin ümumi hadisədir.
Səmərəli regional əməkdaşlıq sayəsində üçlük qlobal miqyasda infrastruktur layihələri ilə bağlı öz təkliflərini inamla irəli sürür. Üç ölkənin səyləri ilə təkcə üç ölkəni deyil, Çindən Qərbi Avropaya dəmir yollarını birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi həyata keçirildi. Hazırda bu marşrut üzrə yüklərin tranziti artıq həyata keçirilir və bu istiqamətdə keçid qabiliyyətinin artırılması üçün paralel olaraq zəruri işlər görülür.
Pul sükutu, meqa layihələr isə sabitliyi sevir
Üçtərəfli layihələr həyata keçirən Azərbaycan, Türkiyə və Gürcüstan üçün bütün regionda sabitliyin qorunması həyati əhəmiyyət kəsb edir. Üç paytaxtdan gələn sülh təşəbbüsləri məhz bununla izah edilə bilər. Onlardan ən aktualı Azərbaycan, Gürcüstan və Ermənistanın təmsil olunduğu üç Cənubi Qafqaz ölkəsi və Rusiya, Türkiyə və İranın təmsil olunduğu üç qonşu regional gücün iştirakı ilə əməkdaşlığı nəzərdə tutan 3+3 formatında əməkdaşlığın təşkili təklifidir. Amma təəssüflər olsun ki, Gürcüstan hələlik bu formatda iştirakdan imtina edir və münasibətləri iki və üçtərəfli formatda qurmağa üstünlük verir.
Azərbaycana gəlincə, Bakı bütün mümkün formatlarda və müxtəlif platformalarda əməkdaşlığın inkişafının tərəfdarıdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun son illər beynəlxalq aləmdə baş verən hadisələrin ölkələr arasında, o cümlədən üçtərəfli formatda əməkdaşlığın əhəmiyyətini artırması ilə bağlı bəyanatını məhz bununla izah edir.
Azərbaycanlı nazir onu da qeyd edib ki, bu unikal format hər üç ölkəyə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdan faydalanmağa imkan verir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra regionda davamlı sülhün bərqərar olması yolunda tarixi şans yaranıb və Bakı bu istiqamətdə lazımi addımları atır.
© Photo : TRENDBakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin birgə mətbuat konftansı
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin birgə mətbuat konftansı - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin birgə mətbuat konftansı
"Bizim fikrimiz ondan ibarətdir ki, regional sülh üçün beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmək lazımdır", - Azərbaycan XİN rəhbəri qeyd edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili də üçtərəfli əməkdaşlığın inkişafı ilə bağlı müsbət tonda danışıblar. Danışıqlar nəticəsində siyasi dialoqa və əlaqələrin daha da möhkəmləndirilməsinə yardım etmək məqsədi daşıyan Bakı Bəyannaməsi imzalanıb.
Üçtərəfli danışıqların inkişaf perspektivləri
Nazirlərin görüşü üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını və tərəflərin əldə etdiyi səviyyəni bir daha göstərdi. Maraqlıdır ki, Bayramov, Fidan və Darçiaşvili Cənubi Qafqazın aktual problemləri ilə yanaşı, Ukrayna, Yaxın Şərq və s. ətrafında müzakirələr aparıb. Bu vəziyyət iki çox vacib məqamdan xəbər verir.
Birincisi, ölkələrin əməkdaşlıq səviyyəsi və imkanları bu regionun hüdudlarını çoxdan aşıb və onlar qonşu, hətta qonşu olmayan regionlarda baş verən hadisələrə təsir göstərə bilirlər. Bu baxımdan Türkiyə və Azərbaycanın türk dünyasının digər ölkələri ilə uğurla əməkdaşlıq etdiyi geniş coğrafiyanı əhatə edən TDT-nı xatırlada bilərik. TDT üzv ölkələrin əksəriyyəti Gürcüstanın da iştirak etdiyi Orta Dəhlizin həyata keçirilməsi layihəsinin iştirakçılarıdır.
Eyni kontekstdə Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu iştirakını xatırlatmaq yerinə düşər, onun çərçivəsində ölkə bir çox ciddi layihələrə təşəbbüs göstərib. Azərbaycanın Fransa kimi beynəlxalq oyunçu üçün ciddi qıcıqlandırıcıya çevrilməsi Bakının uğurlarına sübut ola bilər. Fransada bir çox siyasətçilərin və iqtidaryönlü nəşrlərin Azərbaycan mətbuatında gedən yazılara və Azərbaycan hökumətinin bəyanatlarına ağrı ilə reaksiya verməsi fransızların ölkəmizdə baş verənləri nə qədər yaxından izləməsindən xəbər verir.
Türkiyə də öz növbəsində getdikcə beynəlxalq münasibətlərdə ciddi iştirakçı kimi mövqeyini möhkəmləndirməyə çalışır və regional münaqişələrin həllində moderator kimi çıxış edir. Eyni zamanda, Ankara öz təsir dairəsini getdikcə genişləndirir.
Gürcüstana gəlincə, o, Avropaya inteqrasiya kursu götürüb və bu istiqamətdə məqsədyönlü iş aparır. Artıq müəyyən irəliləyişlər görünür.
Yuxarıda deyilənlərdən aydın olur ki, hər bir ölkə xarici siyasətdə qonşularının prioritetləri ilə tam oxşar olmayan öz prioritetləri barədə qərar qəbul edib. Lakin eyni zamanda, qonşu seçiminə hörmət və bu reallıqları nəzərə alaraq münasibətlərin qurulması bizə bu ölkələrin xalqlarının mənafeyi naminə əməkdaşlığı uğurla davam etdirməyə imkan verir.
"Enerji və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığın böyük perspektivləri var, biz tezliklə nəqliyyat dəhlizlərinin coğrafiyasını genişləndirə biləcəyik. COP29-un Azərbaycanda keçirilməsi əməkdaşlıq üçün əlavə imkanlar yaradır", Azərbaycanın xarici işlər naziri Bayramov əməkdaşlığın gələcək inkişafından danışarkən deyib.
Yuxarıda deyilənlərdən görünür ki, uğurla əməkdaşlıq edən tərəfdaşlar qarşılıqlı faydalı layihələr üçün yeni imkanları axtararkən çoxtərəfli regional əməkdaşlığın uğurlu inkişafının nümunəsini uğurla nümayiş etdirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0