https://sputnik.az/20240310/qarabag-dunya-reytinqinin-ilk-yuzluyunde-yer-alan-yegane-postsovet-mekani-klubudur-463159548.html
“Qarabağ” dünya reytinqinin ilk yüzlüyündə yer alan yeganə postsovet məkanı klubudur
“Qarabağ” dünya reytinqinin ilk yüzlüyündə yer alan yeganə postsovet məkanı klubudur
Sputnik Azərbaycan
Dünyada 61-ci, Avropada isə 42-ci yerə yüksələn Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. 10.03.2024, Sputnik Azərbaycan
2024-03-10T17:41+0400
2024-03-10T17:41+0400
2024-03-10T17:41+0400
idman
qarabağ
futbol
qarabağ fk
qarabağ futbol klubu
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848849_0:103:2000:1228_1920x0_80_0_0_4d95ec84e282f5d7a1ec23caddd5a2ac.jpg
BAKI, 10 mart - Sputnik. “Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında yenidən birinci pillədə qərarlaşıb.Dünyada 61-ci, Avropada isə 42-ci yerə yüksələn Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.Bir ay əvvəlki reytinqlə müqayisədə 9 pillə irəliləyən Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u izləyir. Donetsklilər 103-cü pilləyə qədər geriləyiblər. Ümumiyyətlə, “Qarabağ” postsovet məkanı klubları arasında ilk “100-lüy”ə düşən yeganə komandadır.Azərbaycanın reytinqdəki digər komandası “Neftçi” isə 17-cidir.Postsovet məkanı klublarının ilk “10-luğ”u:1 (dünyada 61-ci). “Qarabağ” (Azərbaycan) – 164,75 xal2 (103). “Şaxtyor” (Donetsk, Ukrayna) – 132,53 (190). “Şerif” (Moldova) - 90,54 (207). “Zarya” (Ukrayna) – 85,55 (213). “Pünik” (Ermənistan) – 84,56 (221). RFŞ (Latviya) – 83,57 (226). “Riqa” (Latviya) – 82,58 (238). “Dnepr-1” (Ukrayna) - 79,259 (283). “Panevejis” (Litva) – 7010 (301). “Urartu” (Ermənistan) - 68Türkiyə klublarından yalnız “Fənərbağça” və “Qalatasaray” “Qarabağ”dan öndədirlər. Hesabında 208,5 xal olan birincilər 18-ci pilləyə yüksəliblər. “Qalatasaray” isə 200 xalla dünyanın 26-cı komandasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848849_114:0:1887:1330_1920x0_80_0_0_eeb20570e1cefb53cc39cc83832fa8e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, futbol, qarabağ fk, qarabağ futbol klubu
qarabağ, futbol, qarabağ fk, qarabağ futbol klubu
“Qarabağ” dünya reytinqinin ilk yüzlüyündə yer alan yeganə postsovet məkanı klubudur
Dünyada 61-ci, Avropada isə 42-ci yerə yüksələn Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.
BAKI, 10 mart - Sputnik. “Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında yenidən birinci pillədə qərarlaşıb.
Dünyada 61-ci, Avropada isə 42-ci yerə yüksələn Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.
Bir ay əvvəlki reytinqlə müqayisədə 9 pillə irəliləyən Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u izləyir. Donetsklilər 103-cü pilləyə qədər geriləyiblər. Ümumiyyətlə, “Qarabağ” postsovet məkanı klubları arasında ilk “100-lüy”ə düşən yeganə komandadır.
Azərbaycanın reytinqdəki digər komandası “Neftçi” isə 17-cidir.
Postsovet məkanı klublarının ilk “10-luğ”u:
1 (dünyada 61-ci). “Qarabağ” (Azərbaycan) – 164,75 xal
2 (103). “Şaxtyor” (Donetsk, Ukrayna) – 132,5
3 (190). “Şerif” (Moldova) - 90,5
4 (207). “Zarya” (Ukrayna) – 85,5
5 (213). “Pünik” (Ermənistan) – 84,5
6 (221). RFŞ (Latviya) – 83,5
7 (226). “Riqa” (Latviya) – 82,5
8 (238). “Dnepr-1” (Ukrayna) - 79,25
9 (283). “Panevejis” (Litva) – 70
10 (301). “Urartu” (Ermənistan) - 68
Türkiyə klublarından yalnız “Fənərbağça” və “Qalatasaray” “Qarabağ”dan öndədirlər. Hesabında 208,5 xal olan birincilər 18-ci pilləyə yüksəliblər. “Qalatasaray” isə 200 xalla dünyanın 26-cı komandasıdır.