Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan boksçusu erməni rəqibi üzərində inamlı qələbə qazanıb

© Photo : Azərbaycan boks federasiyasının mətbuat xidmətiİtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi - Sputnik Azərbaycan, 1920, 10.03.2024
Abunə olmaq
Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi bir addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.
BAKI, 10 mart — Sputnik. Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu ermənistanlı Rudolf Qarboyanla döyüşüb.
1/8 final mərhələsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.
Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi bir addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.
Qeyd edək ki, Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin nöyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.
11.11.22, 15:48
Erməni boksçu azərbaycanlı idmançıya qarşı rinqə çıxmaqdan imtina edib
Erməni boksçu Polşada keçirilən beynəlxalq turnirdə Azərbaycan təmsilçisinə qarşı rinqə çıxmaqdan imtina edib. Bu barədə Milli Boks Federasiyasının mətbuat xidməti xəbər verib.
Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir davam edir, yarışın ikinci günündə üç azərbaycanlı dəri əlcək ustası rinqə çıxıb.
Belə ki, Məsud Yusifzadə (51 kq) döyüşsüz yarımfinala yüksəlib. O, 1/4 finalda Ermənistan təmsilçisi Armen Quşçiyanla döyüşməli idi, lakin erməni boksçu rinqə çıxmaqdan imtina edib. Yusifzadə yarımfinalda macar İştvan Gerzeni ilə qarşılaşacaq.
1/4 finalda rumıniyalı boksçu Tirzoman Eusebiunu məğlub edən Ümid Rüstəmov (57 kq) da Polşa turnirinin yarımfinalçısı olub. Finala vəsiqə qazanmaq uğrunda mübarizədə Rüstəmov Şon Persellə (Böyük Britaniya) döyüşəcək.
Öz növbəsində Mirşərif Kazımzadə (75 kq) 1/4 finalda Bartoş Qolebevskiyə (Polşa) məğlub olaraq çıxışını başa vurub.
Turnirin ilk yarış günündə digər boksçumuz Eldar Quliyev (86 kq) qalib gəlib. Əlavə edək ki, həvəskar boksda üçüncü yer uğrunda döyüşlər olmadığı üçün yarımfinalçılar özlərinə ən azı bürünc medallar qazanmağa zəmanət verirlər.
Xəbər lenti
0