Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbolda süni intellektdən necə istifadə olunacaq

© AFP 2023 / ANDY RAINHakim, arxiv
Hakim, arxiv - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Gələcəkdə süni intellekt milli komandalar üçün ən yaxşı oyunçuları seçə biləcək.
BAKI, 5 mart — Sputnik. Süni intellektə əsaslanan sistemlər ideal futbol komandalarının yaradılmasına kömək edəcək.
Bu barədə German Qref Dünya Gənclər Festivalında danışıb. O, oyunçuların potensialının təhlili sistemini nümayiş etdirib.
"Bu, idmançıların inkişafı üçün bir həlldir; süni intellekt inkişaf sahələrini, potensialın açılmasını, həmçinin oyunçunun qərarlarını və onların icra keyfiyyətini təhlil edir, bundan sonra hər bir konkret futbolçu üçün optimal strategiyaya dair tövsiyələr verir. Gələcəkdə süni intellekt milli komandalar üçün ən yaxşı oyunçuları seçə biləcək". – Qref izah edib.
German Qrefin fikrincə, süni intellekt əksər sahələrdə əmək bazarını əhəmiyyətli dərəcədə dəyişəcək və bəzi sahələrdə bu dəyişikliklər artıq çox nəzərə çarpır. Qrefin bildirib ki, kompüter sisteminin bir insanı əvəz etdiyi ilk sahələrdən biri hüquq elmi olub.
Qeyd edək ki, martın 1-dən 7-dək Sirius federal ərazisində keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində German Qref müxtəlif ölkələrdən olan iştirakçılarla görüşüb və süni intellektin inkişafı ilə bağlı mühazirə oxuyub.
Xəbər lenti
0