Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Boksçumuz Ümumdünya gənclər festivalında yarışın qalibi olub

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidBoks əlcəkləri
Boks əlcəkləri - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Abunə olmaq
Ümumdünya Gənclər Festivalı 2024-cü il martın 1-dən martın 7-dək Sirius federal ərazisində keçirilir.
BAKI, 3 mart - Sputnik. Azərbaycan təmsilçisi Murad Allahverdiyev Ümumdünya gənclər festivalı çərçivəsində təşkil edilən boks döyüşündə Rusiya idmançısı Beşto Şavlayevə qalıb gəlib.
Ümumdünya Gənclər Festivalı 2024-cü il martın 1-dən martın 7-dək Sirius federal ərazisində keçirilir. Onda iştirak etmək üçün 190 ölkədən 300 mindən çox insan müraciət edib.
Festivalda müxtəlif yarışlar, müzakirələr, sərgi və digər tədbirlər təşkil olunur.
Festivalın regional proqramı martın 10-dan 17-dək baş tutacaq, onun iştirakçıları Rusiyanın 30 şəhərinə səfər edəcəklər.
Azərbaycandan beynəlxalq tədbirdə 150 nəfərlik heyət iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0