Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qarabağ” komandası “Qəbələ”ni darmadağın edib

© Photo : Social media page of Qarabag FCФутболисты ФК "Карабах"
Футболисты ФК Карабах - Sputnik Azərbaycan, 1920, 28.02.2024
Abunə olmaq
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”la qarşılaşıb.
BAKI, 28 fevral - Sputnik. Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınan oyun bu gün Qəbələdə baş tutub.
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”la qarşılaşıb.
Ən yaxın rəqibindən 18 xal üstün olan Qurban Qurbanovun yetirmələri bu fərqi artırmaq, sonuncu pillədə qərarlaşan Kaxaber Sxadadzenin komandası isə ən yaxın rəqibi "Kəpəz"lə fərqi azaltmaq üçün meydana çıxıb (Apasport).
Qeyd edək ki, matç “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandann "sükanı arxasında" debüt oyunu olub.
Azərbaycan Premyer Liqası
XXIII turdan təxirə salınan oyun
28 fevral
19:00. “Qəbələ” – “Qarabağ” 0:4
Qollar: Adama Diakabi, 47, Riçard Almeyda, 59 (p.), Nəriman Axundzadə, 66, Marko Yankoviç, 80
Qırmızı vərəqə: Feras Abu Akal, 52
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Xəbər lenti
0