Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Püşkatmadan əvvəl Lunyov Bayerlə qarşılaşmaq istədiyini deyibmiş

© AP Photo / Martin Meissner"Bayer" - "Qarabağ" matçında oyun epizodu
Bayer - Qarabağ matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Lunyovun özü də cavab oyununda qolların vurulduğu vəziyyətlərdə kömək edə bilmədiyi üçün üzgün idi, amma qol vurduqları vəziyyətlərdə onun günahı yox idi.
BAKI, 26 fevral — Sputnik. Rusiya millisinin qapıçılar üzrə baş məşqçisi Vitali Kafanov "Qarabağ"ın 32 yaşlı rusiyalı qapıçısı Andrey Lunyovun Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə matçlarındakı çıxışından danışıb.
Bu həftə Lunyov "Qarabağ"ın Avropa Liqasının 1/8 finalına yüksəlməsinə kömək edib. Ümumi hesabda Azərbaycan klubu Portuqaliya "Braqa"sına qalib gəlib.
Kafanovun sözlərinə görə, bu iki matç biri-birindən fərqlənirdi:
"İlk görüşdə Andrey qələbəyə böyük töhfə verdi və çox kömək etdi. İkinci matçda etməli olduğu hər şeyi etdi, səhvsiz oynadı, bu ümumi qələbə üçün kifayət etdi. İkinci matçda o, 63 toxunuş edib. Bu, komandasında bütün oyunçular arasında üçüncü ən çox nəticədir. Bu onu deməyə əsas verir ki, komanda Andrey vasitəsilə çox oynayır. Lunyovun özü də cavab oyununda qolların vurulduğu vəziyyətlərdə kömək edə bilmədiyi üçün üzgün idi, amma qol vurduqları vəziyyətlərdə onun günahı yox idi. "Qarabağ" daha da irəli gedir və bu, Azərbaycan klubu üçün böyük uğurdur. İlk oyundan sonra o, turun simvolik komandasına daxil edilib. Bu, böyük nailiyyətdir. Keçən ilin payızından, Andrey "Qarabağ"a gələndən bəri ardıcıl yaxşı oynayır. Elə bir matç olmayıb ki, o, başqa kobud səhvə yol verib və komanda ona görə xal itirsin. Azərbaycan çempionatında və avrokuboklarda ancaq oyunu ilə xal qazandırır. Avropa yarışlarında o, 37 seyv edib ki, bu da çox yüksək göstəricidir. Komandanın qrupdan çıxması və indi daha da irəli getməsində onun böyük xidmətləri var. Məncə, bu, Andreyin karyerasında ən yaxşı dövrdür".
Baş məşqçi deyir ki, püşkatmadan əvvəl Andrey Bayerə tuş gəlmək və Almaniya klubu ilə yenidən qarşılaşmaq istədiyini bildirib:

"Qarşıdakı matçlarda şanslar az olsa da, var. Futbolda istənilən komanda istənilən komandaya qalib gələ bilər və oyun başqa cür də gedə bilər. Onlar artıq qrup mərhələsində bu yaxınlarda qarşılaşıblar və yəqin ki, "Qarabağ"ın məşqçiləri müəyyən nəticələr çıxarıblar".

32 yaşlı Lunev 2023-cü ilin avqustunda azad agent kimi "Qarabağ"a keçərək bir illik müqavilə imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0