https://sputnik.az/20240221/azerbaycanli-mma-doyuscusu-abs-in-meshur-idmancisini-meglub-edib-462770160.html
Azərbaycanlı MMA döyüşçüsü ABŞ-ın məşhur idmançısını məğlub edib
Azərbaycanlı MMA döyüşçüsü ABŞ-ın məşhur idmançısını məğlub edib
Sputnik Azərbaycan
MMA döyüşçüsü Mirəli Hüseynov Los-Ancelesdə keçirilən "Lights Out Xtreme Fighting" yarışındakı qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən... 21.02.2024, Sputnik Azərbaycan
2024-02-21T09:21+0400
2024-02-21T09:21+0400
2024-02-21T09:21+0400
idman
mma
https://cdnn1.img.sputnik.az/img/42374/27/423742706_0:230:2825:1819_1920x0_80_0_0_f345853829f4769a0160c1d341e8e2da.jpg
BAKI, 21 fevral - Sputnik. Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Lights Out Xtreme Fighting" yarışında kəmər qazanıb.29 yaşlı idmançı yarışda 75 kiloda rəqibi tanınmış MMA döyüşçüsü, yerli idmançı Tommy Aarona qalib gəlib. O, qələbəsini arenada Azərbaycanın üç rəngli bayrağına bürünərək qeyd edib.Həmyerlimiz Report-a deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib: "Uşaqlıqda güləşlə məşğul olmuşam. Azərbaycanda bir çox çempionluqlarım var. MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişəm.İki ildir, Kaliforniyada "America Kickboxing Academy (AKA)"-da yarışlara hazırlaşıram. Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların ardı gələcək. Ölkəmdən uzaqda olsam da bütün uğurlarımı Azərbaycana həsr edirəm. Bu qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə həsr edirəm".M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də ("Ultimate Fighting Championship" (UFC)) iştirak etməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/27/423742706_48:0:2779:2048_1920x0_80_0_0_b2687290b704abb47521d6f0ee5f7742.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mma
Azərbaycanlı MMA döyüşçüsü ABŞ-ın məşhur idmançısını məğlub edib
MMA döyüşçüsü Mirəli Hüseynov Los-Ancelesdə keçirilən "Lights Out Xtreme Fighting" yarışındakı qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərə həsr edib.
BAKI, 21 fevral - Sputnik. Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Lights Out Xtreme Fighting" yarışında kəmər qazanıb.
29 yaşlı idmançı yarışda 75 kiloda rəqibi tanınmış MMA döyüşçüsü, yerli idmançı Tommy Aarona qalib gəlib. O, qələbəsini arenada Azərbaycanın üç rəngli bayrağına bürünərək qeyd edib.
Həmyerlimiz Report-a deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib:
"Uşaqlıqda güləşlə məşğul olmuşam. Azərbaycanda bir çox çempionluqlarım var. MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişəm.
İki ildir, Kaliforniyada "America Kickboxing Academy (AKA)"-da yarışlara hazırlaşıram. Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların ardı gələcək. Ölkəmdən uzaqda olsam da bütün uğurlarımı Azərbaycana həsr edirəm. Bu qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə həsr edirəm".
M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də ("Ultimate Fighting Championship" (UFC)) iştirak etməkdir.