https://sputnik.az/20240219/ehmedin-sonuna-cixdigi-ailesinin-mirasi-kime-qalacaq-462734073.html
Əhmədin sonuna çıxdığı ailəsinin mirası kimə qalacaq?
Əhmədin sonuna çıxdığı ailəsinin mirası kimə qalacaq?
Sputnik Azərbaycan
Əhməd öldürdüyü insanların mirasının sahibi ola bilər?
2024-02-19T17:15+0400
2024-02-19T17:15+0400
2024-02-19T17:31+0400
miras
cəmiyyət
mülki məcəllə
https://cdnn1.img.sputnik.az/img/07e8/02/0d/462605227_0:50:534:350_1920x0_80_0_0_84ad1e7cf2ebd22ec0d6f9696de75812.jpg
BAKI, 19 fevral — Sputnik. Ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə təqsirli bilinən Əhməd Əhmədovun ailəsinin mirasının kimə qalacağı son günlərin ən çox müzakirə olunan mövzularındandır. Vəkil Rəşad Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Əhməd Əhmədovun ailə üzvülərini öldürdüyü sübuta yetirilərsə, o, ləyaqətsiz vərəsə elan oluna bilər. Vəkilin sözlərinə görə, Mülki Məcəlləsinin 1337-ci maddəsinə görə, mərhumun ölümünə səbəb olan hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilən şəxs ləyaqətsiz vərəsə sayılır. Bu halda o, vərəsəlik hüququnu itirir. Bu, həm qəsdən adam öldürmə halında, həm də qeyri-qəsdən ehtiyatsızlıqdan adam öldürmədə tətbiq edilə bilər. Hüquqşünas deyir ki, bunun üçün vərəsələrdən biri Əhmədin ləyaqətsiz vərəsə elan olunması üçün məhkəməyə müraciət etməlidir. Əgər Əhmədin ləyaqətsiz vərəsə olduğu məhkəmə tərəfindən də təsdiqlənərsə, bu zaman o ailəsindən qalan əmlaka varis ola bilməz. Belə olan halda mirasdan məhrum edilmiş vərəsənin payı birinci dərəcəli vərəsələrə çatır: "Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbə vərəsələr ölənin uşaqları, arvadı, əri, valideynləri sayılır. Əgər Əhmədin anası yaxud atasının valideynlərindən hansı sağdırsa, onlar birinci dərəcə vərəsələr sayılır. İkinci növbə vərəsələr isə ölənin bacıları və qardaşları hesab olunur. Üçüncü növbə həm ananın, həm də atanın nənə və babalardır. Dördüncü növbə vərəsələr isə xalalar və bibilər, dayılar və əmilər hesab olunur. Beşinci növbədə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları vərəsə sayılır". Vəkil deyir ki, Əhməd Əhmədovla bağlı müəyyən məsələlərə tam aydınlıq gətirilməmiş ailənin mirasının kimə qalacağını söyləmək çətindir. Hüquqşunas deyir ki, əgər Əhmədin anası və yaxud atasının başqa övladlarının olduğu üzə çıxarsa, onlar da birinci dərəcə vərəsə sayılır. Mirasın qəbulu üçün öncə vərəsəlik işi açılmalıdır. Bundan sonra sözügedən ailədə vərəsələrin dairəsi müəyyənləşməlidir. R.Əliyev onu da bildirir ki, vərəsələr mirasdan imtina edərsə, Əhmədovlar ailəsinin mal-mülkü dövlətə keçə bilər. "Mülki Məcəllənin 1165-ci maddəsi vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi ilə bağlıdır. 1165.1 maddəsinə görə, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir" - Rəşad Əliyev bildirib.
https://sputnik.az/20240221/bakida-5-aile-uzvunu-oldurmekde-subheli-bilinen-sexs-hebs-edilib-462621523.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/0d/462605227_1:0:533:399_1920x0_80_0_0_a7b8c9b5a8ebaa1871e5f42f473f4909.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
əhməd ailəsinin 5 üzvünü öldürən var-dövlət kimə qalacaq miras
əhməd ailəsinin 5 üzvünü öldürən var-dövlət kimə qalacaq miras
Əhmədin sonuna çıxdığı ailəsinin mirası kimə qalacaq?
17:15 19.02.2024 (Yenilənib: 17:31 19.02.2024) Vərəsələr mirasdan imtina edərsə, Əhmədovlar ailəsinin mal-mülkü dövlətə keçə bilər.
BAKI, 19 fevral — Sputnik. Ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə təqsirli bilinən Əhməd Əhmədovun ailəsinin mirasının kimə qalacağı son günlərin ən çox müzakirə olunan mövzularındandır.
Vəkil Rəşad Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Əhməd Əhmədovun ailə üzvülərini öldürdüyü sübuta yetirilərsə, o, ləyaqətsiz vərəsə elan oluna bilər.
Vəkilin sözlərinə görə, Mülki Məcəlləsinin 1337-ci maddəsinə görə, mərhumun ölümünə səbəb olan hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilən şəxs ləyaqətsiz vərəsə sayılır. Bu halda o, vərəsəlik hüququnu itirir. Bu, həm qəsdən adam öldürmə halında, həm də qeyri-qəsdən ehtiyatsızlıqdan adam öldürmədə tətbiq edilə bilər.
Hüquqşünas deyir ki, bunun üçün vərəsələrdən biri Əhmədin ləyaqətsiz vərəsə elan olunması üçün məhkəməyə müraciət etməlidir. Əgər Əhmədin ləyaqətsiz vərəsə olduğu məhkəmə tərəfindən də təsdiqlənərsə, bu zaman o ailəsindən qalan əmlaka varis ola bilməz. Belə olan halda mirasdan məhrum edilmiş vərəsənin payı birinci dərəcəli vərəsələrə çatır:
"Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbə vərəsələr ölənin uşaqları, arvadı, əri, valideynləri sayılır. Əgər Əhmədin anası yaxud atasının valideynlərindən hansı sağdırsa, onlar birinci dərəcə vərəsələr sayılır. İkinci növbə vərəsələr isə ölənin bacıları və qardaşları hesab olunur. Üçüncü növbə həm ananın, həm də atanın nənə və babalardır. Dördüncü növbə vərəsələr isə xalalar və bibilər, dayılar və əmilər hesab olunur. Beşinci növbədə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları vərəsə sayılır".
Vəkil deyir ki, Əhməd Əhmədovla bağlı müəyyən məsələlərə tam aydınlıq gətirilməmiş ailənin mirasının kimə qalacağını söyləmək çətindir.
Hüquqşunas deyir ki, əgər Əhmədin anası və yaxud atasının başqa övladlarının olduğu üzə çıxarsa, onlar da birinci dərəcə vərəsə sayılır. Mirasın qəbulu üçün öncə vərəsəlik işi açılmalıdır. Bundan sonra sözügedən ailədə vərəsələrin dairəsi müəyyənləşməlidir.
R.Əliyev onu da bildirir ki, vərəsələr mirasdan imtina edərsə, Əhmədovlar ailəsinin mal-mülkü dövlətə keçə bilər.
"Mülki Məcəllənin 1165-ci maddəsi vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi ilə bağlıdır. 1165.1 maddəsinə görə, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir" - Rəşad Əliyev bildirib.