https://sputnik.az/20240221/bakida-5-aile-uzvunu-oldurmekde-subheli-bilinen-sexs-hebs-edilib-462621523.html
Əhməd psixiatriya xəstəxanasından evə buraxılacaq?
Əhməd psixiatriya xəstəxanasından evə buraxılacaq?
Sputnik Azərbaycan
İlham İsmayıl bildirib ki, onu nə azadlığa buraxmaq olar, nə də cəzaçəkmə müəssisəsinə. 21.02.2024, Sputnik Azərbaycan
2024-02-21T16:22+0400
2024-02-21T16:22+0400
2024-02-21T16:36+0400
cinayət
cəmiyyət
qətl
xətai rayonu
məhkəmə
https://cdnn1.img.sputnik.az/img/07e8/02/0d/462605227_0:50:534:350_1920x0_80_0_0_84ad1e7cf2ebd22ec0d6f9696de75812.jpg
BAKI, 21 fevral — Sputnik. Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi onun müalicədən sonra azadlığa çıxa bilməsinə şübhələr yaradıb. Təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Əhmədin azadlığa çıxma ehtimalı 0-a bərabərdir. Ekspert deyib ki, onun azadlığa çıxması cəmiyyət üçün təhlükəli ola bilər."Əhməd elə bir təhlükəli insandır ki, onun Psixiatriya xəstəxanasında belə xəstələrlə əlaqə qurmasına icazə verilməməlidir. Çox güman ki, Əhməd xəstəxanada daha ağır şəraitli, digər xəstələrdən təcrid edilərək ayrıca palatada saxlanılır. Onu mütləq şəkildə digər psixi xəstələrdən kənar saxlamaq lazımdır. Hətta həkimlər belə onun yanına müəyyən təhlükəsizlik qaydalarına əməl etməklə daxil olmalıdır. Belə insanı təkrar müalicə müddəti başa çatdıqdan sonra cəmiyyətə buraxmaq olmaz" - İlham İsmayıl bildirib. O, əlavə edib ki, bununla yanaşı onun cəzaçəkmə müəssəsində digər məhkumlarla biryerdə saxlanılması da yolverilməzdir. Çünki, o digər məhbuslar üçün təhlükədir: "Ola bilər ki, Əhməd elə ömürlük psixiatriya xəstəxanasında ağır şəraitdə ayrıca palatada saxlanılsın. Onu nə azadlığa buraxmaq olar, nə də ki cəzaçəkmə müəssisəsinə. Cəmiyyətdə Əhmədin törətdiyi qətldən sonra qorxu yaranıb. İnsanlar bu ağır qətl hadisəsindən sonra Əhmədin taksi fəaliyyəti göstərdiyini eşidib taksi sifariş verməyə belə ehtiyat edirlər".Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ə.Əhmədovun 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirildiyini və göndəriş əsasında 1 nömrəli "Respublika Psixiatriya Xəstəxanasına" əlavə tibbi müayinəyə göndərildiyini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova "Şizofrenəbənzər pozuntu" diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.16.02.24Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədova "Şizofrenəbənzər pozuntu" diaqnozu qoyulduğu halda sürücülük vəsiqəsinin verilməsi və taksi fəaliyyəti göstərmək üçün tibbi arayışın hansı qurum tərəfindən verildiyi ictimaiyyətdən gizlədilir. Bu barədə Sputnik Azərbaycan-ın TƏBİB-ə ünvanladığı sorğuya heç bir cavab verilməyib. Baş Dövlət Yol Polisi İdarəsindən isə Əhmədov Əhməd Mehman oğluna BDYPİ tərəfindən sürücülük vəsiqəsinin hansı tarixdə, hansı tibb müəssisəsinin sağlamlıq sənədi əsasında verildiyi, eləcə də həmin şəxsin necə imtahan verib sürücülük vəsiqəsi əldə etməsi barədə sorğumuza verilən cavab belə oldu: "Prokurorluq, Audiovizual Şura və Mətbuat Şurası tərəfindən sözügedən cinayət hadisəsi barədə media subyektlərinə müraciəti yayımlanıb. Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxs haqqında məlumatı səlahiyyətli orqan yayımlayacaq". Ə.Əhmədovun "Uber" taksi şirkətində fəaliyyət göstərdiyi iddia olunsa da, şirkətə ünvanladığımız sorğu cavabsız qaldı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, "Avtomobil nəqliyyatı haqqında", "Lisenziyalar və icazələr haqqında" qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər. Hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı texniki müayinə və tibbi müayinə müqavilələridir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək. Qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq. Apardığımız araşdırma zamanı öyrəndik ki, taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edilənədək taksi sürcüsünü işə götürmək səlahiyyəti taksi şirkətlərindədir. Müvafiq tibbi arayış və sürücülük vəsiqəsi əsasında sürücülər işə qəbul edilir. Millət vəkili Rüfət Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi şirkəti işə qəbul etdiyi sürücüdən sağlam olduğunu təsdiqləyən tibbi arayış tələb etməlidir. Taksi fəaliyyəti ilə məşğul olanlar mütləq tibbi yoxlamadan keçməlidirlər. "Taksi sürücülərinin sağlamlığı yoxlanılmalıdır. Onların görməsi, eşitməsi və psixoloji vəziyyəti, narkotik istifadəçisi olub-olmadıqları müəyyən olunmalıdır. Əhmədlə bağlı məsələ ciddi araşdırılmalıdır. Əgər təsdiqlənsə ki, ona saxta tibbi sənəd verilib, hüquq-mühafizə orqanları həmin şəxsləri məsuliyyətə cəlb etməlidir. Burada "kələfin ucu" tapılmalıdır. Əgər saxta tibbi arayış verilibsə, deməli əhmədlər avtobus sürücüləri arasında da ola bilər. Kim zəmanət verir ki, Əhməd təkdir?" - deputat bildirib. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ailəsinin 5 üzvünün həyatına amansızlıqla son qoyan Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına aydınlıq gətirib. O, Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli "Respublika Psixiatriya Xəstəxanasına" əlavə tibbi müayinəyə göndərilib. Xəstəxananın "Sağlamlıq vəziyyətinin müayinə olunması" aktına əsasən çağırışçıya "Şizofrenəbənzər pozuntu" diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının "Xəstəliklər cədvəli"nin 15-ci maddəsinə əsasən "həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız" hesab edilib".15.02.24, 20:29Beş ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs niyə hərbi xidmətdə olmayıb?Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ailəsinin 5 üzvünün həyatına amansızlıqla son qoyan Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına aydınlıq gətirib. O, Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilib. Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib”.14.02.24Ötən gün Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sputnik Azərbaycan xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində çıxarılıb. Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/0d/462605227_1:0:533:399_1920x0_80_0_0_a7b8c9b5a8ebaa1871e5f42f473f4909.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
cinayət, qətl, xətai rayonu, məhkəmə
cinayət, qətl, xətai rayonu, məhkəmə
Əhməd psixiatriya xəstəxanasından evə buraxılacaq?
16:22 21.02.2024 (Yenilənib: 16:36 21.02.2024) İlham İsmayıl bildirib ki, onu nə azadlığa buraxmaq olar, nə də cəzaçəkmə müəssisəsinə.
BAKI, 21 fevral — Sputnik. Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi onun müalicədən sonra azadlığa çıxa bilməsinə şübhələr yaradıb.
Təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Əhmədin azadlığa çıxma ehtimalı 0-a bərabərdir. Ekspert deyib ki, onun azadlığa çıxması cəmiyyət üçün təhlükəli ola bilər.
"Əhməd elə bir təhlükəli insandır ki, onun Psixiatriya xəstəxanasında belə xəstələrlə əlaqə qurmasına icazə verilməməlidir. Çox güman ki, Əhməd xəstəxanada daha ağır şəraitli, digər xəstələrdən təcrid edilərək ayrıca palatada saxlanılır. Onu mütləq şəkildə digər psixi xəstələrdən kənar saxlamaq lazımdır. Hətta həkimlər belə onun yanına müəyyən təhlükəsizlik qaydalarına əməl etməklə daxil olmalıdır. Belə insanı təkrar müalicə müddəti başa çatdıqdan sonra cəmiyyətə buraxmaq olmaz" - İlham İsmayıl bildirib.
O, əlavə edib ki, bununla yanaşı onun cəzaçəkmə müəssəsində digər məhkumlarla biryerdə saxlanılması da yolverilməzdir. Çünki, o digər məhbuslar üçün təhlükədir: "Ola bilər ki, Əhməd elə ömürlük psixiatriya xəstəxanasında ağır şəraitdə ayrıca palatada saxlanılsın. Onu nə azadlığa buraxmaq olar, nə də ki cəzaçəkmə müəssisəsinə. Cəmiyyətdə Əhmədin törətdiyi qətldən sonra qorxu yaranıb. İnsanlar bu ağır qətl hadisəsindən sonra Əhmədin taksi fəaliyyəti göstərdiyini eşidib taksi sifariş verməyə belə ehtiyat edirlər".
Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ə.Əhmədovun 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirildiyini və göndəriş əsasında 1 nömrəli "Respublika Psixiatriya Xəstəxanasına" əlavə tibbi müayinəyə göndərildiyini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova "Şizofrenəbənzər pozuntu" diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.
Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədova "Şizofrenəbənzər pozuntu" diaqnozu qoyulduğu halda sürücülük vəsiqəsinin verilməsi və taksi fəaliyyəti göstərmək üçün tibbi arayışın hansı qurum tərəfindən verildiyi ictimaiyyətdən gizlədilir. Bu barədə Sputnik Azərbaycan-ın TƏBİB-ə ünvanladığı sorğuya heç bir cavab verilməyib.
Baş Dövlət Yol Polisi İdarəsindən isə Əhmədov Əhməd Mehman oğluna BDYPİ tərəfindən sürücülük vəsiqəsinin hansı tarixdə, hansı tibb müəssisəsinin sağlamlıq sənədi əsasında verildiyi, eləcə də həmin şəxsin necə imtahan verib sürücülük vəsiqəsi əldə etməsi barədə sorğumuza verilən cavab belə oldu:
"Prokurorluq, Audiovizual Şura və Mətbuat Şurası tərəfindən sözügedən cinayət hadisəsi barədə media subyektlərinə müraciəti yayımlanıb. Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxs haqqında məlumatı səlahiyyətli orqan yayımlayacaq".
Ə.Əhmədovun "Uber" taksi şirkətində fəaliyyət göstərdiyi iddia olunsa da, şirkətə ünvanladığımız sorğu cavabsız qaldı.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, "Avtomobil nəqliyyatı haqqında", "Lisenziyalar və icazələr haqqında" qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər.
Hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər.
Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər. Hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı texniki müayinə və tibbi müayinə müqavilələridir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər.
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.
Qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq.
Apardığımız araşdırma zamanı öyrəndik ki, taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edilənədək taksi sürcüsünü işə götürmək səlahiyyəti taksi şirkətlərindədir. Müvafiq tibbi arayış və sürücülük vəsiqəsi əsasında sürücülər işə qəbul edilir.
Millət vəkili Rüfət Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi şirkəti işə qəbul etdiyi sürücüdən sağlam olduğunu təsdiqləyən tibbi arayış tələb etməlidir. Taksi fəaliyyəti ilə məşğul olanlar mütləq tibbi yoxlamadan keçməlidirlər.
"Taksi sürücülərinin sağlamlığı yoxlanılmalıdır. Onların görməsi, eşitməsi və psixoloji vəziyyəti, narkotik istifadəçisi olub-olmadıqları müəyyən olunmalıdır. Əhmədlə bağlı məsələ ciddi araşdırılmalıdır. Əgər təsdiqlənsə ki, ona saxta tibbi sənəd verilib, hüquq-mühafizə orqanları həmin şəxsləri məsuliyyətə cəlb etməlidir. Burada "kələfin ucu" tapılmalıdır. Əgər saxta tibbi arayış verilibsə, deməli əhmədlər avtobus sürücüləri arasında da ola bilər. Kim zəmanət verir ki, Əhməd təkdir?" - deputat bildirib.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ailəsinin 5 üzvünün həyatına amansızlıqla son qoyan Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına aydınlıq gətirib. O, Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli "Respublika Psixiatriya Xəstəxanasına" əlavə tibbi müayinəyə göndərilib. Xəstəxananın "Sağlamlıq vəziyyətinin müayinə olunması" aktına əsasən çağırışçıya "Şizofrenəbənzər pozuntu" diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının "Xəstəliklər cədvəli"nin 15-ci maddəsinə əsasən "həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız" hesab edilib".
Beş ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs niyə hərbi xidmətdə olmayıb?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ailəsinin 5 üzvünün həyatına amansızlıqla son qoyan Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına aydınlıq gətirib.
O, Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilib.
Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib”.
Ötən gün Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sputnik Azərbaycan xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində çıxarılıb.
Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.