https://sputnik.az/20240219/azerbaycanin-en-guclu-qadin-sahmatcisi-oldugumu-hele-subut-etmemisem-462724763.html
"Azərbaycanın ən güclü qadın şahmatçısı olduğumu hələ sübut etməmişəm"
"Azərbaycanın ən güclü qadın şahmatçısı olduğumu hələ sübut etməmişəm"
Sputnik Azərbaycan
Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. 19.02.2024, Sputnik Azərbaycan
2024-02-19T16:40+0400
2024-02-19T16:40+0400
2024-02-19T16:54+0400
şahmat
idman
çempionat
respublika çempionatı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373126_0:329:2929:1977_1920x0_80_0_0_5e3221fc960163984b9a24c14e094b1d.jpg
BAKI, 19 fevral — Sputnik. Azərbaycanın ən güclü qadın şahmatçısı olduğumu hələ sübut etməmişəm.Bunu qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Ayan Allahverdiyeva mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.Gənc şahmatçı milli üzvlərinin yarışda iştirak etməmələrinə üzüldüyünü söyləyib: “Sevincimə mane olan məqam Azərbaycan yığmasının şahmatçılarının çempionatda iştirak etməmələri oldu. Yığma üzvlərinin hamısı ilə qarşılaşmaq istərdim. Çempionatdakı rəqiblərim də güclü şahmatçılar idi”.A.Allahverdiyeva formada olmadığı üçün Azərbaycan çempionatına qatılmağa uzun müddət tərəddüd etdiyini gizlətməyib: “Özümü yaxşı formada hiss etmirdim. Buna görə çempionatda iştirak etmək istəmirdim. Yarışa qatılmağı son anda qərara aldım. Bu üzdən çox çətin alındı”.Şahmatçı apreldə təşkil olunacaq Avropa çempionatında uğurlu çıxış etmək arzusundadır: “Hazırlaşmağa vaxtım var. Orada hədəfim əlimdən gələnin ən yaxşısını etmək olacaq. Bunun üçün maksimum gücümlə turnirə hazırlaşacağam”.Azərbaycan çempionu gələcəklə bağlı ən böyük hədəflərini də açıqlayıb: “Hədəfim tez bir zamanda Azərbaycan millisinə düşməkdir. Məncə, 1-2 il ərzində bunu reallaşdıra biləcəyəm. Ən böyük məqsədim isə qrossmeyster olmaqdır”.Qeyd edək ki, Ayan Allahverdiyeva 7 turdan ibarət Azərbaycan çempionatında 5,5 xalla birinci yeri tutub (Report).***Qadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli olduAyan Allahverdiyeva karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu olub. O, 7 turdan sonra 5,5 xal toplayaraq hamını qabaqlayıb. Çempiondan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb. Hərəyə 4,5 xal yığan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurublar. Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Həmin məbləğ ilk "beşlik"də yer alanlar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib. Qeyd edək ki, çempionatda ilk iki yeri tutan şahmatçılar - Ayan Allahverdiyeva və Nərmin Abdinova şəxsi Avropa çempionatında iştirak edəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373126_0:0:2731:2048_1920x0_80_0_0_6a50669592592e7a6c095d0aa79ff511.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmat, çempionat, respublika çempionatı
şahmat, çempionat, respublika çempionatı
"Azərbaycanın ən güclü qadın şahmatçısı olduğumu hələ sübut etməmişəm"
16:40 19.02.2024 (Yenilənib: 16:54 19.02.2024) Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib.
BAKI, 19 fevral — Sputnik. Azərbaycanın ən güclü qadın şahmatçısı olduğumu hələ sübut etməmişəm.
Bunu qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Ayan Allahverdiyeva mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Gənc şahmatçı milli üzvlərinin yarışda iştirak etməmələrinə üzüldüyünü söyləyib:
“Sevincimə mane olan məqam Azərbaycan yığmasının şahmatçılarının çempionatda iştirak etməmələri oldu. Yığma üzvlərinin hamısı ilə qarşılaşmaq istərdim. Çempionatdakı rəqiblərim də güclü şahmatçılar idi”.
A.Allahverdiyeva formada olmadığı üçün Azərbaycan çempionatına qatılmağa uzun müddət tərəddüd etdiyini gizlətməyib:
“Özümü yaxşı formada hiss etmirdim. Buna görə çempionatda iştirak etmək istəmirdim. Yarışa qatılmağı son anda qərara aldım. Bu üzdən çox çətin alındı”.
Şahmatçı apreldə təşkil olunacaq Avropa çempionatında uğurlu çıxış etmək arzusundadır: “Hazırlaşmağa vaxtım var. Orada hədəfim əlimdən gələnin ən yaxşısını etmək olacaq. Bunun üçün maksimum gücümlə turnirə hazırlaşacağam”.
Azərbaycan çempionu gələcəklə bağlı ən böyük hədəflərini də açıqlayıb: “Hədəfim tez bir zamanda Azərbaycan millisinə düşməkdir. Məncə, 1-2 il ərzində bunu reallaşdıra biləcəyəm. Ən böyük məqsədim isə qrossmeyster olmaqdır”.
Qeyd edək ki, Ayan Allahverdiyeva 7 turdan ibarət Azərbaycan çempionatında 5,5 xalla birinci yeri tutub (Report).
Qadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu
Ayan Allahverdiyeva karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu olub.
O, 7 turdan sonra 5,5 xal toplayaraq hamını qabaqlayıb.
Çempiondan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.
Hərəyə 4,5 xal yığan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurublar.
Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Həmin məbləğ ilk "beşlik"də yer alanlar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib.
Qeyd edək ki, çempionatda ilk iki yeri tutan şahmatçılar - Ayan Allahverdiyeva və Nərmin Abdinova şəxsi Avropa çempionatında iştirak edəcəklər.