Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan taekvondo millisi İranda iki beynəlxalq yarışda iştirak edəcək

© Photo : AZƏRTACTaekvondo yarışları, arxiv şəkli
Taekvondo yarışları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2024
Abunə olmaq
Milli komandamızı yarışlarda böyük məşqçi Elnur Amanovun, qadınlardan ibarət yığma böyük məşqçi Seulbi Li və məşqçi Zahid Məmmədov çıxaracaqlar.
BAKI, 11 fevral - Sputnik. Tehranda taekvondo üzrə G1 kateqoriyalı “Fəcr Open”, ayın 16-19-da G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kuboku keçiriləcək. Azərbaycan millisi hər iki yarışda qüvvəsini sınayacaq. Bu barədə Azərtac-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Bildirilib ki, beynəlxalq turnirlərdə kişilərdən ibarət milli komanda böyük məşqçi Elnur Amanovun, qadınlardan ibarət yığma böyük məşqçi Seulbi Li və məşqçi Zahid Məmmədovun rəhbərliyi təmsil olunacaq.
Komandaya Səyyad Dadaşov (58 kq), Rahid Vəliyev, Xıdır Məmmədov (hər ikisi 54 kq), Ruslan Seyidov, Malik Abbasov, Yusif Qurbanov, Adil Eyvazov (hamısı 58 kq), Riyad Şirəliyev, Pərviz İskəndərov (hər ikisi 63 kq), Yaşar Məmmədli, Vaqif Hacıyev, Xanlar Xanəhmədov, Vüqar Bağırov (hamısı 68 kq), Ələskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 74 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq), Səlimə Quliyeva (46 kq), Aylin Eynullayeva (49 kq), Nigar Abdullayeva (53 kq), Leyla Bəşirova, Nərgiz Kazımova (hər ikisi 57 kq), Meylin Məmmədzadə (62 kq) və Nərmin Ənsəri (67 kq) daxildir.
Millimiz fevralın 20-də Bakıya qayıdacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0