https://sputnik.az/20240210/dyp-bugunku-oyunlarla-bagli-azarkeslere-muraciet-edib-457594320.html
DYP: "Keçən il yol qəzalarında ölənlərin 32,1 faizi təhlükəsizlik kəməri taxmayıb"
DYP: "Keçən il yol qəzalarında ölənlərin 32,1 faizi təhlükəsizlik kəməri taxmayıb"
Sputnik Azərbaycan
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 10.02.2024, Sputnik Azərbaycan
2024-02-10T18:47+0400
2024-02-10T18:47+0400
2024-02-10T17:37+0400
idman
"neftçi" futbol klubu
beşiktaş
matç
oyun
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:485:1440:1295_1920x0_80_0_0_7f1abf6d5e1e08c2fe06fbae7f19e65b.jpg
BAKI, 10 fevral — Sputnik. Keçən il yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Qeyd edilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir."Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar" - deyə, BDYPİ-dən bildirilib.10.08.23Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" – HİK və "Neftçi" - "Beşiktaş" oyunları ilə bağlı vətəndaşlara müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyunların keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər: "Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci oyununda Azərbaycan çempionu "Qarabağ" Finlandiyanın HİK komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da, paytaxtın "Neftçi" klubu isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə "Beşiktaş"ı ilə qarşılaşacaq. Əvvəlcədən doğma komandalarımıza uğurlar arzurlayırıq. Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu və "Neftçi Arena" ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazilərdə metronun "Gənclik" və "Xalqlar dostluğu" stansiyalarının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandalarımızının oyunlarına baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər". Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:215:1440:1295_1920x0_80_0_0_3d80a3855bc3fe2c5fe0ea19084f7bed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"neftçi" futbol klubu, beşiktaş, matç, oyun
"neftçi" futbol klubu, beşiktaş, matç, oyun
DYP: "Keçən il yol qəzalarında ölənlərin 32,1 faizi təhlükəsizlik kəməri taxmayıb"
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
BAKI, 10 fevral — Sputnik. Keçən il yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.
"Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar" - deyə, BDYPİ-dən bildirilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" – HİK və "Neftçi" - "Beşiktaş" oyunları ilə bağlı vətəndaşlara müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyunların keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:
"Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci oyununda Azərbaycan çempionu "Qarabağ" Finlandiyanın HİK komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da, paytaxtın "Neftçi" klubu isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə "Beşiktaş"ı ilə qarşılaşacaq. Əvvəlcədən doğma komandalarımıza uğurlar arzurlayırıq.
Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu və "Neftçi Arena" ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazilərdə metronun "Gənclik" və "Xalqlar dostluğu" stansiyalarının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandalarımızının oyunlarına baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər".
"Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik", - deyə o vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.