SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sergey Lebedev: Prezident seçkiləri Azərbaycan konstitusiyasına tam uyğundur

© Sputnik / Murad OrujovSergey Lebedev
Sergey Lebedev - Sputnik Azərbaycan, 1920, 08.02.2024
Abunə olmaq
MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri qeyd edib ki, seçkilər tam şəffaf və aktiv həyata keçirilib. MDB missiyası hesab edir ki, seçkilər dayanıqlı seçki qanununa uyğun olmalıdır.
BAKI, 8 fevral — Sputnik. "Belə qənaətə gəldik ki, növbədənkənar prezident seçkiləri Azərbaycan konstitusiyasına tam uyğundur".
Bunu MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, seçkilər tam şəffaf və aktiv həyata keçirilib: "MDB missiyası hesab edir ki, seçkilər dayanıqlı seçki qanununa uyğun olmalıdır. Bu məsələlərdə beynəlxalq təşkilatların tələbləri və s. nəzərə alınması düzgün deyil. Yenə qeyd edirəm, hər bir dövlətin özünün milli Seçki Məcəlləsi olmalıdır, buna istinad edilməlidir. Biz MDB dövlətləri olaraq, həmişə Azərbaycana qarşı müsbət münasibət bəsləyirik".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Seçki - Sputnik Azərbaycan, 1920, 08.02.2024
SİYASƏT
Rusiyadan olan senator: Buna gərək olmadığı üçün Azərbaycanda qanun pozuntusu yox idi
Xəbər lenti
0