https://sputnik.az/20240208/rusiyadan-olan-senator-buna-gerek-olmadigi-ucun-azerbaycanda-qanun-pozuntusu-yox-idi-462490481.html
Rusiyadan olan senator: Buna gərək olmadığı üçün Azərbaycanda qanun pozuntusu yox idi
Rusiyadan olan senator: Buna gərək olmadığı üçün Azərbaycanda qanun pozuntusu yox idi
Sputnik Azərbaycan
Başkin deyib ki, Qarabağa nəzarətin qaytarılması nəticəsində Azərbaycanda ilk dəfə olaraq bütün ölkədə prezident seçkiləri keçirilib və bu da seçicilərin... 08.02.2024, Sputnik Azərbaycan
2024-02-08T11:49+0400
2024-02-08T11:49+0400
2024-02-08T12:12+0400
qanun
siyasət
rusiya
prezident seçkiləri
növbədənkənar prezident seçkiləri
məzahir pənahov
mdb
mdb parlamentlərarası assambleyası
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/02/08/462488454_0:217:2867:1830_1920x0_80_0_0_ff0c0f18e02873d609e1d3e5c6debc85.jpg
BAKI, 8 fevral — Sputnik. Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində heç bir qanun pozuntusu baş verməyib. Buna, sadəcə olaraq, ehtiyac yox idi - cəmiyyət tam yekdil idi. Bunu müşahidəçi və MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətinin üzvü, rusiyalı senator Aleksandr Başkin "RİA Novosti"yə bildirib. Xatırladaq ki, Başkin MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun üzvüdür. "Heç olmasa bir sadə səbəbə - onlara ehtiyac olmadığına görə qanun pozuntuları yox idi - bütün Azərbaycan cəmiyyəti, seçicilər o qədər qətiyyətli və birmənalı şəkildə köklənmişdilər ki! Seçki qanunvericiliyi çərçivəsindən kənar addımlara, sadəcə olaraq, ehtiyac yox idi" - Başkin müşahidəçilərin hər hansı pozuntu qeydə alıb-almaması sualına cavab verərkən deyib. Senator vurğulayıb ki, onun və həmkarlarının fikri yekdildir: "Azərbaycanda prezident seçkiləri bu dövlətin seçki qanunvericiliyinə, eləcə də təbii ki, beynəlxalq standartlara ciddi şəkildə uyğun keçirilib". O, həmçinin qeyd edib ki, Qarabağa nəzarətin qaytarılması nəticəsində Azərbaycanda ilk dəfə olaraq bütün ölkədə prezident seçkiləri keçirilib və bu da seçicilərin əhval-ruhiyyəsinə təsir edib. "Bu, bu seçkilərə ən ciddi təsir edən ən mühüm amildir... Azərbaycanın tam sərhədləri daxilində suverenliyinin və bütövlüyünün bərpası həm seçicilərin fəallığına, həm də birbaşa prezident seçkilərinin nəticələrinə təsir edib" - senator vurğulayıb. Bir müddət əvvəl Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki məntəqələrinin 93 faizinin bülletenlərinə baxdıqdan sonra bildirmişdi ki, hazırkı dövlət başçısı İlham Əliyev respublikada keçirilən növbədənkənar prezident seçkilərində 92,05 faiz səslə liderdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/08/462488454_69:0:2798:2047_1920x0_80_0_0_3d11a615a19d4626fcb173f95d9d55f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qanun, rusiya, prezident seçkiləri, növbədənkənar prezident seçkiləri, məzahir pənahov, mdb, mdb parlamentlərarası assambleyası, prezident ilham əliyev
qanun, rusiya, prezident seçkiləri, növbədənkənar prezident seçkiləri, məzahir pənahov, mdb, mdb parlamentlərarası assambleyası, prezident ilham əliyev
Rusiyadan olan senator: Buna gərək olmadığı üçün Azərbaycanda qanun pozuntusu yox idi
11:49 08.02.2024 (Yenilənib: 12:12 08.02.2024) Başkin deyib ki, Qarabağa nəzarətin qaytarılması nəticəsində Azərbaycanda ilk dəfə olaraq bütün ölkədə prezident seçkiləri keçirilib və bu da seçicilərin əhval-ruhiyyəsinə təsir edib.
BAKI, 8 fevral — Sputnik. Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində heç bir qanun pozuntusu baş verməyib. Buna, sadəcə olaraq, ehtiyac yox idi - cəmiyyət tam yekdil idi.
Bunu müşahidəçi və MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətinin üzvü, rusiyalı senator Aleksandr Başkin "RİA Novosti"yə bildirib.
Xatırladaq ki, Başkin MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun üzvüdür.
"Heç olmasa bir sadə səbəbə - onlara ehtiyac olmadığına görə qanun pozuntuları yox idi - bütün Azərbaycan cəmiyyəti, seçicilər o qədər qətiyyətli və birmənalı şəkildə köklənmişdilər ki! Seçki qanunvericiliyi çərçivəsindən kənar addımlara, sadəcə olaraq, ehtiyac yox idi" - Başkin müşahidəçilərin hər hansı pozuntu qeydə alıb-almaması sualına cavab verərkən deyib.
Senator vurğulayıb ki, onun və həmkarlarının fikri yekdildir: "Azərbaycanda prezident seçkiləri bu dövlətin seçki qanunvericiliyinə, eləcə də təbii ki, beynəlxalq standartlara ciddi şəkildə uyğun keçirilib".
O, həmçinin qeyd edib ki, Qarabağa nəzarətin qaytarılması nəticəsində Azərbaycanda ilk dəfə olaraq bütün ölkədə prezident seçkiləri keçirilib və bu da seçicilərin əhval-ruhiyyəsinə təsir edib.
"Bu, bu seçkilərə ən ciddi təsir edən ən mühüm amildir... Azərbaycanın tam sərhədləri daxilində suverenliyinin və bütövlüyünün bərpası həm seçicilərin fəallığına, həm də birbaşa prezident seçkilərinin nəticələrinə təsir edib" - senator vurğulayıb.
Bir müddət əvvəl Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki məntəqələrinin 93 faizinin bülletenlərinə baxdıqdan sonra bildirmişdi ki, hazırkı dövlət başçısı İlham Əliyev respublikada keçirilən növbədənkənar prezident seçkilərində 92,05 faiz səslə liderdir.